Britaniyanın müdafiə naziri Baş nazir olmaq istəmədi
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Boris Consonun postunu tərk etməsindən sonra Baş nazir seçilmək niyyətində olmadığını bildirib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında məlumat yayıb.
“YouGov” təşkilatının keçirdiyi sorğuya əsasən, Uolles Baş nazir postu üçün favorit hesab edilir. Mühafizəkarlar Partiyasının 716 üzvü arasında keçirilən sorğunun nəticələrinə görə, o 13% səslə lider olub.
“Həmkarlarım və ailəmlə diqqətlə düşünüb müzakirə etdikdən sonra Mühafizəkarlar Partiyasının liderlik yarışında iştirak etməmək qərarına gəldim”, – deyə Uolles yazıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=178277