Niyə heç bir ölkənin bayrağında bənövşəyi rəng yoxdur? – Tarixi səbəb

31.07.2022 - 13:53

Dünyada ümumilikdə 195 ölkə var və bu ölkələrin heç biri bayraqlarında bənövşəyi rəngdən istifadə etmir. Bəs niyə? Əslində cavab sadədir. Bənövşəyi tarix boyu ən bahalı rəng olub və yalnız krallıqların və imperiyaların başında olan elitanın ödəyə biləcəyi lüks rəng olaraq qalıb.

Cumhuriyyet.az xəbər verir ki, bənövşəyi rəng piqmentinin istehsalı 18-ci əsrə qədər olduqca zəhmətli idi. Bənövşəyi rəngdən ilk dəfə indiki Suriya və Livanın Aralıq dənizi sahillərində yaşayan finikiyalılar tərəfindən istifadə edildiyi təxmin edilir. Təkcə bu bölgədə yaşayan dəniz ilbizindən əldə edilən bənövşəyi rəng əsrlər boyu digər rənglərdən daha çətin tapılıb.

Məlumata görə, xüsusilə, bu gün Livan sərhədləri daxilində olan qədim Sur şəhərində tapılan ilbizlərdən bir qram bənövşəyi boya əldə etmək üçün on minlərlə ilbiz lazım olub. Bənövşəyi rəngin qızılın çəkisindən baha başa gəlməsi faktı da bu rəngi tarix boyu krallığın və imperiyanın rənginə çevirmişdi.

Bildirilir ki, bənövşəyi rəng Roma, Bizans və Fars imperiyaları, İngiltərədə kral ailəsinin simvoluna çevrilmişdi. Hətta 1533-1603-cü illərdə İngiltərə kraliçası olan I Yelizaveta özündən və kral ailəsindən başqa hamıya bənövşəyi paltar geyməyi qadağan etmişdi.

Onu da əlavə edək ki, Yelizaveta dövründə yarım kilo bənövşəyi boya 1,5 kilo qızıl dəyərində olub. Bu, bugünkü qızıl qiymətləri ilə hesablandıqda təxminən 56.000 dollara bərabər olub.

Bənövşəyi rəngin bu astronomik dəyəri heç bir ölkənin və ya krallığın bayraqlarında bənövşəyi rəngdən istifadə etməməsinə səbəb olub. Bənövşəyi rəngin ümumi istifadəyə girməsi və hər kəsin əldə edə biləcəyi bir rəngə çevrilməsi 19-cu əsrdə ingilis kimyaçısı Uilyam Henri Perkinin təsadüfən sintetik bənövşəyi rəngi kəşf etməsi ilə mümkün olub.

Perkin Londondakı evində qurduğu laboratoriyada malyariya dərmanı üzərində işləyərkən təsadüfən sintetik bənövşəyi piqment hazırlayıb. İnkişaf etdirdiyi üsulu kütləvi istehsala çevirmək qərarına gələn Perkin öz fabrikini qurub və bənövşəyi rəng istehsalına başlayıb. Perkinin ixtirası ilə bənövşəyi rəng tədricən status simvolu olmaqdan çıxdı və hər kəsin istifadə etdiyi rəngə çevrildi.

Lakin dünyanın əksər ölkələrinin bayraqları daha əvvəl qəbul edildiyinə görə bu rəngdən məhrum qalmağa davam etdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=179789

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930