Ərdoğanın heç yerdə yayınlanmayan görüntüləri – NADİR FOTOLAR
Türkiyəli məşhur yazar Abdülkadir Selvi Prezident Rəcəb Tayyib Ərdoğanın sinif yoldaşı Hüdavər Güngörü tapıb, onunla həmsöhbət olub və Türkiyə liderinin gənclik illərində çəkdirdiyi nadir fotoları əldə edib.
Cumhuriyyet.az xəbər verir ki, Hüdavər Güngör Ərdoğanla bağlı öz xatirələrini bölüşüb.
“Biz “İmam Hatip” məktəbində eyni sinifdə oxumuşuq. Aramızda başqa bir səmimiyyət, ayrı bir bağ var idi. Biz heç vaxt bir-birimizdən ayrılmamışıq” – o bildirib.
H.Güngör Türkiyə liderinin natiqlik qabiliyyətindən də söz açıb:
“Prezident məktəb illərində də natiqliklə məşğul olurdu. Oxuyub-dinləməyi yaxşı bacarırdı. O, çox ağıllı idi. Debatlarda “İmam Hatip”i təmsil edirdi. Onun sayəsində “İmam Hatip” məktəblər arasında keçirilən yarışlarda həmişə birinci olurdı. Ərdoğan gözəl şeirlər oxuyurdu. Şeir müsabiqələrində birinci yerə çıxırdı. Mükafatını Necip Fazıldan (müasir türk mütəfəkkiri, şair və yazıçısı – red) almışdı. O, həm də yaxşı futbol oynayırdı”.
Musavat.com Türkiyə liderinin indiyədək heç yerdə yayınlanmayan fotolarını təqdim edir:
Short URL: http://www.cumhuriyyet.net/?p=180035