Şok: Ermənilər Atatürkün ardıcılı kimi təqdim olundu

26.03.2015 - 22:56

rr“Dünənə qədər ermənilərin milli qəhrəmanları kimi tanınan üç erməni Ermənistan mətbuatında bu gün düşmən kimi, yəni Atatürkün davamçıları kimi təqdim olunub”. Bu məlumatı axar.az-a açıqlamasında ermənişünas İsmayıl Tanrıverdi bildirib. O, bunun arxasında Ermənistan hakimiyyətinin olduğunu bildirib: “Bu gün erməni mətbuatında türk bayrağının üzərində “ehtiyatlı olun, Atatürkün davamçıları Ermənistanda” sözləri yazılan fotolar nəşr olunub. Əlbəttə ki, onların bu hərəkətlərinin arxasında bəlli səbəblər dayanır. Hətta son məlumatıma görə, mətbuatda yer alan bu informasiyalar böyük basqıya məruz qaldığından hazırda bəzi mətbuat orqanlarından yox edilməyə başlanılıb. Fotoda ermənilərin özlərinə düşmən elan etdiyi və bu səbəbdən də Atatürkün davamçıları kimi təqdim olunanlardan biri xüsusilə də ortadakı Qarabağ müharibəsində Şuşa batalyonunun komandiri Jirayr Səfilyandır. Səfilyan bildirir ki, əgər aprelin 24-nə kimi bizə və tərəfdarlarımıza qarşı kütləvi həbslərə başlasalar, xalqın hakimiyyətə qarşı nifrəti daha da artacaq. Digər iki erməni də eynilə iqtidara qarşı ayrıca mübarizəyə qoşulduqları üçün düşmən elan olunublar. Hazırda Ermənistanda böyük rezonansa səbəb olan bu olay – sözügedən şəxslərin türk tərəfdarı kimi təqdim edilməsi iqtidar tərəfdarlarının müxaliflərinə qarşı növbəti repressiyasıdır. Qeyd edim ki, erməni iqtidarı hazırda xalqı müxalifətəçilərə qarşı qaldırmaq üçün böyük səy göstərir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=19676

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031