Bu günün ulduz falı – 27 mart

27.03.2015 - 00:32

ulduzQOÇ – Bürcünüz üçün əlamətdar təqvimdir. Ələlxüsus da fəaliyyətlə bağlı proseslərdə vəziyyət xeyrinizə dəyişəcək. Atacağınız hər bir addımı daha çox özünüz müəyyənləşdirməyə çalışın.

BUĞA – Təzadlı vaxtdır. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətdə cərəyan edə bilər. Belə məqamlarda hadisələrə obyektiv qiymət verməlisiniz. Vaxt tapıb ziyarətgahlara da gedin.

ƏKİZLƏR – Bu mürəkkəb təqvimdə büdcənizdə ciddi artım olacağı labüddür. Boş məsrəflərə xərc çəkməkdənsə bir az qənaətcil olun. Yaxın dostlarınıza və qohumlarınıza qarşı unutqan olmayın.

XƏRÇƏNG – Bütün qərarları yalnız özünüz verin. Tam bələd olmadığınız və ya şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə əhəmiyyət verməyin. Ulduzlar varlanacağınızdan xəbər verir.

ŞİR – Olduqca məhsuldar ərəfədir. Məhz bu amili nəzərə alıb qarşınıza qoyduğunuz planların icrasında aktivliyi əldən verməməlisiniz. Axşam maraqlı görüşlərdə iştirakınız mümkündür.

QIZ – Bu gün mütləq əzmkarlığınızı artırmalı, dinclik bilməməlisiniz. Ailə-sevgi məsələlərində təşəbbüskarlığı ələ alın. Bunun nə dərəcədə səmərəli olduğunu yaxın vaxtlarda mütləq görəcəksiniz.

TƏRƏZİ – Neçə müddətdən bəri daxili sıxıntılarınıza səbəb olan bəzi problemlərin həllinə işıq düşəcək. Özünüzdən əvvəl gələn bürclərlə müqayisədə ümumi ovqatınız daha qənaətbəxş olacaq.

ƏQRƏB – Qarşınızda duran sürprizlərdən istifadə edə bilsəniz, uğurlarınız xeyli artacaq. Daxili gərginliyiniz də aradan qalxmalıdır. Hər bir situasiyaya obyektiv qiymət verməyə çalışın.

OXATAN – Səhər saatlarında ovqatınızı qoruya bilsəniz, axşama qədər heç bir narahatçılıq keçirməyəcəksiniz. Ulduzlar dostlarınızla birgə olmağınızın əhəmiyyətindən xəbər verir.

OĞLAQ – Yalnız nahar ərəfəsində müəyyən mübahisələrə cəlb oluna bilərsiniz. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər əhval-ruhiyyənizin yüksəlişinə xidmət edəcək.

SUTÖKƏN – Hazırkı gərginliyinizi dəf etmək üçün ürəyinizə yaxın olan dost-tanışlarınızla təmas qurun. Bu arada bəxtiniz daha çox ailə-sevgi münasibətlərində gətirəcək. Pulsuzluqdan şikayətlənməyin.

BALIQLAR – Daha çox səhhətinizin qayğısına qalın. Bu səbəbdən də işlə bağlı müəyyən passivliyiniz nəzərə çarpacaq. Ciddi məbləğdə pul xərcləməkdən, uzaq yola çıxmaqdan vaz keçin.

Short URL: http://www.cumhuriyyet.net/?p=19708

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031