Dubay şahzadəsi Bakıda hansı oteldə və neçəyə qalıb?

30.03.2015 - 02:37
rr18 milyard dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Bakıya səfəri zamanı paytaxın ən dəbdəbəli və ən məşhur “Fairmont Baku” otelində gecələyib.
Bu barədə  oteldən məlumat verilib. Bildirilib ki, Dubay şahzadəsinin özü ilə gətirdiyi qonaqlar da həmin oteldə qalıblar.
Oteldən qonaqların qaldıqları lüks nömrələrinin qiymətləri ilə də maraqlandıq. Qeyd edilib ki, ərəb şexyi “Fairmont Baku”də ən bahalı və lüks nömrəni sifariş edib.
“Oteldə iki ən böyük lüks otaq var. Otaqlar 100 kvadrat metrdir. Qiymətə səhər yeməyi, günorta şirniyyatlarla çay dəsgahı və şam yeməyi daxildir. Gecə də spirtli və spirtsiz içkilər verilir. Həmin otaqlar 20-ci mərtəbədən yuxarıda yerləşir. Otaqların birinin beş günlük qiyməti əlavə dəyər vergisi də daxil olmaqla 7 min manatdır. Həmin otaqların adları “Fairmont Gold Singanture Suitdir”. “Prezident” dairəsinin isə bir gecəlik qiymət 4485 manatdır. Burada iki yataq var. İçərisində qonaq otağı və mətbəxi də var. Oteldə cəmi bir “prezident” otağı var”. 
Xatırladaq ki, martın 23-də ölkəmizə ova gələn Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin 18 milyard dollar sərvəti var./azvision.az/

Short URL: http://www.cumhuriyyet.net/?p=20217

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728