Polad Ələmdarın adamları İŞİD-lə açıq savaşa girir – VİDEO
“Kurtlar Vadisi Pusu” serialının 253-cü bölümünün anons görüntüləri yayılıb. ANS PRESS-in məlumatına görə, Türkiyə və Azərbaycanda sevilən serialın yeni bölümündə Polat Alemdarın İngiltərənin “Lion” qrupuna qarşı əks-hücumları göstərilir.
Osmanlı Xanədanının vəkilini ələ keçirmək istəyən İngiltərə kəşfiyyatı məqsədinə nail ola biləcəkmi? Hərbi təyyarələrin şifrəsini qıran türk mühəndislərinin ovuna çıxan “Lion” təşkilatı Türkiyəni niyə zəiflətmək istəyir? İŞİD terror qruplaşmasının rəhbərliyinin protipini yaradan şəxslər arasında nə baş verəcək?
Bütün bu sualların cavabını yeni bölümdə tapa biləcəksiniz. Filmin 253-cü bölümü aprelin 2-də yayımlanacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=20374