Şəmsəddin Hacıyev YAP-ın nüfuzlu şəxslərinin övladlarına ev bağışlayırmış

31.03.2015 - 03:36

semseddin2«Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev YAP-ın nüfuzlu funksionerlərindən birinin oğluna 4 otaqlı mənzil, digərinin qızına isə biri 1+3 otaqlı olmaqla, iki mənzil bağışlayıb». Bu məlumat Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin keçmiş müşaviri, iqtisad elmləri doktoru Bədirxan Musayevin prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya və ölkənin digər rəsmilərinə yazdığı və mətbuatda dərc olunan müraciətində yer alıb.

Həmin YAP-çıların kimliyi ilə bağlı strateq.az saytı iqtisad elmləri doktoru, professor Bədirxan Musayevlə əlaqə yaradıb. Professor deyib ki, bu faktlar dəqiq olsa da, hələlik YAP funksionerlərinin adını çəkmək istəmir: “Mən, bu məlumatı Şəmsəddin Hacıyevin YAP Səbail rayon təşkilatına növbəti konfransadək sədr seçilməsi kontekstində yaydım. Bu gün də düşünürəm ki, yol verdiyi nöqsanlara görə cənab prezident tərəfindən rektor vəzifəsindən azad edilən elə bir adama YAP-da etimad göstərilə bilməz. Ancaq görünür, vaxtı ilə övladlarına çoxotaqlı mənzil peşkəş etdiyi bəzi YAP funksionerləri indi onun borcunu vermək niyyətindədirlər. Bəli, həmin mənzillər hədiyyə olunan vaxtı, mən, Şəmsəddin Hacıyevin müşaviri və universitetin əməkdaşları üçün tikilən kooperativ bina üzrə yaradılan komissiyanın sədri olduğumdan, bu faktları dəqiq bilirəm. Hələlik həmin YAP-çılar və onların övladları haqda danışmaq istəmirəm. Amma əlaqədar qurumlara bu faktla bağlı izahat verməyə hazıram”.

Bu ittihamla bağlı Şəmsəddin Hacıyevin də mövqeyini dinləməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=20395

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031