Qarabağ klanından erməni keşişə tula payı
Katolikos Qareginin ticarət obyektini danması İrəvanda qalmaqal yaradıb
İrəvanın Saryan küçəsində erməni kilsəsinin başçısı Katolikos Qareginə məxsus aptekin ortaya çıxması erməni qəzetlərində böyük hay-küyə səbəb olub. Cumhuriyyet.az moderator.az-a istinadən bildirir ki, məsələyə diqqət yetirən erməni qəzetləri apteki hakim “Qarabağ” klanının Qareginin ağzını yummaq üçün “tula payı” olduğunu vurğulayıblar. Erməni qəzetlərinin fikrincə, mömin keşiş dünya həvəsindən əl çəkərək həyatını sırf ibadətə sərf etməlidir.
Olay yaradan başqa bir məsələ isə Katolikos Qareginin apteki işlədən qızının adının türkjə olmasıdır. “Qraparak” qəzetinin yadığına görə, “Curatio” adlı apteki katolikosun Xatun adlı qızı işlədir. Linqvistlər bu adın qədim türklərdən gəldiyini və qadın mənası verdiyini söyləyirlər. Yaxınları isə Katolikosun qızına öz anasının adını qoyduğunu deyirilər.
Xatun Ktriçevna həm də Müqəddəs Məryəm tibb mərkəzinin doğum evində işləyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=20644