Milli Şuranın mitinqi ilə bağlı dindarların cığallığı

04.04.2015 - 15:15

mitinq“Milli Şura aprelin 5-də keçirəcəyi mitinqə İslam Partiyasını dəvət etməyib”. Bunu modern.az saytına İslam Partiyasının sədr əvəzi Elçin Manafov deyib. Onun sözlərinə görə, bundan əvvəlki mitinqə isə İslam Partiyası dəvət edilmişdi: “Sonra Milli Şuranın üzvü Fuad Qəhrəmanlı bunu inkar etdi, İslam Partiyasının mitinqdə iştirakını istəmədiklərini bildirdi. Ancaq bu dəfə mitinqdəki iştirakımızı istədiklərinə əmin olmalıyıq. Əvvəllər də buna bənzər situasiya ilə üzləşmişik. Hiss olunur ki, Milli Şura partiyanın mitinqlərdəki iştirakından narazıdır”.

Partiya funksioneri narazılığın səbəbini bilmir: “Əmin olsaq ki, mitinqdə iştirakımızı istəyirlər, dəvət var, bunu idarə heyəti ilə müzakirə edərik. Dəvət olmadığına görə dəyərləndirmə də yoxdur. Bizim onlara qarşı münasibətimiz son dərəcə xoşdur. Xalqın oğullarıdır, həmişə haqq yolunda mübarizə aparırlar. Bütün mübariz insanları dəstəkləyirik. Köməyimizin faydalı olacağını görsək, mitinqə gələrik”.

Qeyd edək ki, AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı dindarları aprelin 5-də keçiriləcək mitinqdə iştirak etməyə çağırıb. Məsələ ilə bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev cumhuriyyet.az-a açıqlamasında bildirib ki, mitinqdə iştirakla bağlı heç bir qadağa yoxdur: “Nə İslam Partiyasının, nə də digər partiya və təşkilatların mitinqdə iştirakına qadağa qotulmayıb. Eyni zamanda heç bir quruma da rəsmi dəvət və ya müraciət ünvanlanmayıb. Hər bir Azərbaycan vətəndaşı, qanunsuzluğa və korrupsiyaya etiraz edən hər bir şəxs mitinqdə iştirak edə bilər…”

Short URL: http://www.cumhuriyyet.net/?p=21146

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728