GMO təhlükəsi – yavaş işləyən bomba!

06.04.2015 - 13:48

gmoÇağdaş dünyada modifikasiya edilmiş (genomu dəyişdirilmiş) bitkilər insan üçün təhlükə mənbəyinə çevrilib. Gen mühəndisliyi sahəsində çalışan mütəxəssislərin fikrincə, belə bitkilər yeni qazanılmış müsbət keyfiyyətləri ilə bərabər, həm də insan orqanizmi üçün zərərli maddələri özündə (meyvəsində, dənində) cəmləşdirmək, hətta onları sintez etmək qabiliyyəti nümayiş etdirilər. Bu mövzuda rusiyalı alim, biologiya elmləri doktoru, BMT yanında Cenevrə ekoloji Assambleyasının üzvü İrina Yermakovanın fikirləri diqqəti cəlb edir.

Alim qeyd edir ki, «transgen» sözü ötən əsrin sonlarından başlayaraq leksikonumuza daxil olub. Həmin vaxt bioloqlar canlı orqanizmlərin modifikasiya edilməsi metodikasını yaradıblar. Bu metodika əsasında canlı orqanizmlərin genomuna doğaldan (yaranışdan) olmayan «yad gen» yerləşdirmək mümkün olur. Belə modifikasiya olunmuş bitkilər zərərvericilərə və əlverişsiz iqlim şəraitinə qarşı davamlı, deməli daha məhsuldar olurlar. O zaman heç kimin ağlına belə gəlmirdi ki, necə qəddar bir cini – bütöv planeti məhv edə biləcək bir məxluqu butılkadan buraxırlar! Odur ki, ilk dövrdə bu kəşfə sevindilər. Nəticədə, planetdə modifikasiya olunmuş kənd təsərrüfatı məhsullarının – soyanın, qarğıdalının, düyünün, kartofun, şəkər çuğundurunun… sayı artmağa başladı. 1996-cı ildən günümüzə qədər belə mutantların əkin sahələri 120 dəfə artıb. Artıq 2011-ci ildə dünyada əkilə bilən sahələrin 30 faizini transgenlər zəbt etmişdi. İndi ABŞ, Kanada, Braziliya, Argentina, Çin bu istiqamət üzrə liderə çevriliblər. Hazırda 140 istiqamət üzrə transgenlər istehsal edilir. Onların tətbiqindən sonrakı mərhələdə isə məlum olub ki, transgen ərzaqlar insanlarda kökəlməyə, sonsuzluğa, allergiyalara və onkoloji xəstəliklərə səbəb olur. İndi bunlar faktdır və təcrübədə təsdiq olunub. Odur ki, İrina Yermakova geni dəyişdirilmiş orqanizmləri (QMO, Transgen) «yavaş işləyən bomba» adlandırır və deyir: «Genetik modifikasiya olunmuş orqanizmlər (QMO) planet əhalisini kütləvi surətdə məhv etmək üçün xüsusi olaraq düşünülüb. Bunu yaxşıca anlamaq və hər zaman yadda saxlamaq lazımdır. Bütün başqa söhbətlər dezinformasiya və məharətlə maskalamaqdır…».

Artıq bir sıra ölkələrdə transgenlərin istehsalı (əkilməsi, emalı, onlardan istifadə etməklə ərzaq məhsullarının istehsalı) qadağan olunub. Bu günlərdə isə onların istehsalı, idxalı və satışını qadağan edən xüsusi maddələrin Azərbaycan Respublikası Cinayət Məcəlləsinə daxil edilməsi barədə məlumat yayıldı.

ermakovaProblemin aktuallığını nəzərə alaraq, İrina Yermakovanın 31 yanvar 2010-cu ildə «Mayak» radiosu ilə yayımlanmış müsahibəsini xırda ixtisarla oxucuların diqqətinə çatdırırıq:
«Aparıcılar Vadim Tixomirov və Olqa Kokorekina.

Qonaq: İrina Yermakova – Rusiya Elmlər Akademiyası (REA) Ali Əsəb Fəaliyyəti və Neyrofiziologiya İnstitutunun aparıcı elmi işçisi (biologiya elmləri doktoru).

Tixomirov: Bugünkü qonağımız Rusiya Elmlər Akademiyasının aparıcı elmi işçisi, biologiya elmləri doktoru İrina Yermakovadır. Mənə elə gəlir ki, ondan hamı, xüsusilə də dadlı, çox dadlı, çox zərərli, çox faydalı qida məhsulları istehsalçıları yamanca çəkinirlər. İrina, salam!

Kokorekina: İrina, zəhmət olmasa, deyə bilərsinizmi, siz qida qismində qenetik modifikasiya olunmuş ərzaqdan istifadə edirsiniz?

Yermakova: Bilirsiniz, nəzərə alsaq ki, mən də başqaları kimi ərzaq məhsullarını bizim dükanlardan alıram və onlarla qidalanıram, təəssüflə deməliyəm ki, mən də onlarla qidalanıram.

Tixomirov: Ən önəmlisindən başlayaq – nə üçün sizdən belə qorxurlar? Siz nə etmisiniz ki, bütün istehsalçılar sizdən ehtiyat edir? Bir şirkətdən mənə zəng vurmuşdurar, adını deməyəcəyəm, beləcə də dedilər: Necə, o, sizin studiyaya gələcək? O, yalan danışır, yalan, yalan… Şirkətin adını deməyəcəyəm…

Yermakova: Aydındır. Məsələ belədir ki, mən, qenetik modifikasiya olunmuş orqanizmlərin heyvanlara təsirini öyrənən azsaylı elmi işçilərdən biriyəm.

Tixomirov: Siz bunu necə etdiniz?

Yermakova: Mən bunu sınaq təcrübəsində etdim.

Kokorekina: Laboratoriya şəraitində?

Yermakova: Bəli.

Tixomirov: Danışın, eksperiment necə keçdi?

Kokorekina: Vadik, bu ki, hələlik, insanlar üzərində aparılmayıb.

Yermakova: Təəssüf ki, artıq insanlar üzərində də. Belə təcrübələr çox sayda aparılmalıdır, təəssüf ki, çox azdır. Amma belə təcrübələri aparanların hamısı kifayət qədər neqativ effektləri qeydə alırlar. Çünki genetik modifikasiya olunmuş orqanizmlərlə bağlı vəziyyət çox ciddidir. Biz nəticələri öyrənərkən maraqlandıq ki, baxaq görək, real vəziyyətdə bizimlə nə baş verir? Gerçəkdən, dəhşətə gəldik!

TİXOMİROV: Yox, İroçka, danışın görək, bütün bunlar necə oldu?

KOKOREKİNA: Eksperiment necə qoyuldu? Vadik üçün maraqlıdır, heyvanları nə ilə yemlədiniz – mən düzmü başa düşürəm?

TİXOMİROV: Hansı heyvanları, o insanlar kimlər idi?

YERMAKOVA: Yemlənilən insanlar – biz özümüzük. Təcrübədə isə biz, yemə, «vivar yem»ə qenetik modifikasiyalı soya qarışdırdıq, 43-2 istiqamətli soya – Raundapa davamlı soya. Raundap – belə herbsid var, alaq otlarına qarşı işlədilir.

TİXOMİROV: Siz, artıq genetik modifikasiya edilmiş soyanı götürdünüz?

YERMAKOVA: Yox, soya qenetik modifikasiyalı soya idi, amma istifadə etdiyimiz yemin özü genetik modifikasiya olunmamış yem idi.

TİXOMİROV: Siz sadəcə bunları qarışdırdınız?

YERMAKOVA: Bəli.

TİXOMİROV: Kimlər üçün qarışdırdınız, ümumiyyətlə, bu, necə baş verdi?

YERMAKOVA: Biz dişi siçovulların yeminə həmin transgen (gen komponentləri transplantasiyaya məruz qoyulmuş – GMO) soyanı qarışdırdıq – bir siçovula 5 qram hesabilə.

TİXOMİROV: Belə… siçovulcuq yedi, siçovullar hər şeyi yeyirlər…

YERMAKOVA: Bəli, onlar hər şeyi yeyəndirlər… Biz onları iki həftə ərzində, erkək siçovullarla cütləşməyə qədər, yemlədik. Çünki mən görürdüm ki, bu istiqamətdə təcrübələr aparılmır – transgen soya sonrakı nəsillərə necə təsir göstərir? Biz onları hamiləlik və laktasiya müddətində də həmin qarışıq yemlə yemlədik.

TİXOMİROV: Daxilimdə bir alimlik baş qaldırdı – yəni ki, siçovullar hələ erkəklərlə görüşdən əvvəl yemlənirdi, sonra siz həmilə siçovulları yemləməkdə davam etdiniz. Zəhmət olmasa, deyin, siçovullarda seksual aktivlik normal idi, hər şey yaxşı idi?

YERMAKOVA: Hmm… necə ki, balalar doğuldu…

TİXOMİROV: Aha, deməli hər şey yaxşı idi. Ardınca, siz hamilə siçovulları həmin transgen soya ilə yemləməkdə davam etdiniz.

YERMAKOVA: Biz onları adi soya ilə yemləyirdik, sadəcə ayrıca qrupların yeminə su ilə qarışdırılmış transgen soya unu əlavə edirdik.

TİXOMİROV: Aha, sonra?..

YERMAKOVA: Sonra, balalar meydana gəldi, necə ki, bizim bir neçə qrupumuz var idi, kontrol qrupumuz var idi… Bir qrupu adi yemlə yemləmişdik. Bir qrup vardı ki, «yem+adi soya» ilə yemləmişdik, digərini «yem+transqen soya» ilə yemləmişdik. Biri də var idi ki, «adi yem+transgen soya zülalı» ilə yemlənmişdi. Beləliklə, 4 qrupumuz var idi. Balalar doğulanda, qrupların birində yüksək ölüm faizi qeydə aldıq – bu, həmin qrup idi ki, sadəcə, transgen soya ilə yemləmişdik… adi qrupla (soya əlavəsi almamış) müqayisədə, ən pis nəticə transgen soya əlavəsi almış qrupda aşkar oldu.

TİXOMİROV: Necə, bala siçovullar yarımçıq doğulmuşdular?

YERMAKOVA: 50 faizdən çoxu ölmüşdü…

TİXOMİROV: Nədən ölmüşdü?

YERMAKOVA: Bilirsiniz, onlar 2-3 həftə ərzində öldülər, demək çətindir, çünki onların bağırsaq sistemi yarımçıq idi…»

Araşdırmalar göstərir ki, çağdaş Azərbaycanın tam nəzarətsiz istehlak bazarında GMO kənd təsərrüfatı və digər ərzaq məhsulları «meydan sulayır». Deməli… deməli, Azərbaycanda əhali total şəkildə sterilizəyə məruz qoyulur!

Arif Aslan, AzPolitika.info

Short URL: http://www.cumhuriyyet.net/?p=21315

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728