UEFA-dan ikili standart: “Qarabağ”a olmaz, ingilis komandasına olar – VİDEO

10.04.2015 - 02:43

uefa1UEFA tarixində ilk dəfə hakimin yanlış qərarı səbəbindən oyunun təkrar keçirilməsinə qərar verib. Qol.az-ın məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Norveçin 19 yaşadək qadınlardan ibarət futbol yığmaları arasında keçirilən oyun hakimin qərəzli qərarı ilə yadda qalıb.

Norveçin 2:1 hesabı ilə üstün olduğu oyunun son dəqiqələrində baş hakim Mariya Kurtes Skandinaviya təmsilçisinin qapısına penalti zərbəsi təyin edib. İngiltərə yığmasının üzvü Liya Vilyamson penaltidən hesabı bərabərləşdirsə də, referi zərbə zamanı qayda pozuntusunu əsas gətirərək qolu qeydə almayıb. Almaniyalı hakim penaltinin təkrarlatmaq əvəzinə Norveçin lehinə sərbəst zərbə təyin edib. Oyun Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra ingilislərin etirazları bəhrəsini verib. UEFA hakimin qərarının yanlış olduğunu bildirirək oyunun yenidən keçiriləcəyini bəyan edib. Oyun uzatma dəqiqələrindən, ingilislərin penalti zərbəsi ilə başlayacaq. Hər iki komanda eyni futbolçularla meydanda olacaq. Lakin almaniyalı referi Mariya Kurtes bu oyunu idarə etməyəcək.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “İnter” matçının son dəqiqələrində Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Ağdam təmsilçisinin qələbənin “Qarabağ”a verilməsi və ya oyunun yenidən keçirilməsi ilə bağlı UEFA-ya etdiyi şikayət nəticəsiz qalmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=22083

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728