Arxalı köpək qurd üstünə hürər: Nalbandyan Türkiyəni hədələdi

13.04.2015 - 03:44

Roma papasının açıqlamasından güc alan erməni nazir həddini aşıb

rrKatoliklərin ruhani lideri Franksisin qondarma “soyqırımı” iddiaları barədə açıqlamasından qüvvət alan Ermənistanın xarici işlər naiziri Eduard Nalbandyan Türkiyəni hədələyib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Ermənistanın baş diplomatı İtaliyanın “Adnkronos” agentliyinə verdiyi müsahibədə, “Türkiyə başqa dildən də anlamır” – deyərək Türkiyəni təhdid edib.

“Son günlər bir çox beynəlxalq qurum “soyqırımını” tanıyan açıqlamalar verir, qərar qəbul edir və bu istiqamətdə addımlar atması üçün Türkiyəyə çağırışlar edir. Bu çərçivədə papanın açıqlaması digər dəyərlərə əlavə olundu. Türkiyə bunu anlamağa başlayanda beynəlxalq ictimaiyyət və papa kimi böyük şəxsiyyətlərin nə demək istədiyini başa düşəcək. Türkiyə başqa bir dil danışmaqdan da başa düşmür kimi görünür”.

Türkiyənin bütün arxivləri açmaq, ortaq komissiya qurmaq və 1915-ci ildə baş verənlərin müştərək araşdırılması istiqamətində çağırışlarına qulaqlarını tıxayan rəsmi İrəvan nümayəndəsi papanın bu bəyanatının ermənilər üçün sülh mesajı olduğunu iddia edib.

“Bu açıqlama Ermənistan xalqı üçün sülh mesajıdır, eyni zamanda beynəlxalq ictimaiyyətə müraciət edərək bəşəriyyətə qarşı cinayətləri və “soyqırımları”n da qarşısını almaq üçün mesajdır”.

Ötən gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.

Rəsmi Ankara bu bəyanata qarşı Vatikana nota verib, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlüd Çavuşoğlu papanın bu açıqlamasına sərt reaksiya bildirib.

Qeyd edək ki, Osmanlı dövləti zamanı müharibələr səbəbindən baş vermiş deportasiya zamanı meydana gələn tələfatları ermənilər bütün dünyaya və o cümlədən Türkiyəyə “soyqırımı” kimi qəbul etdirməyə çalışır. Rəsmi Ankara dəfələrlə bütün arxivləri açaraq mövzunun tarixçilər tərəfindən şəffaf araşdırılmasını təklif etsə də Ermənistan tərəfi bu çağırışa məhəl qoymayaraq bu il aprelin 24-də qondarma “soyqırımının” 100-cü ildönümünü qeyd etməyə hazırlaşır.(ANSPRESS)

Short URL: http://www.cumhuriyyet.net/?p=22324

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728