Rəsul Quliyev Milli Şuranın sədrindən 300 min dollar istədi…

17.04.2015 - 00:00

resulquluAvropada yaşayan siyasi fəal Qabil Rzayev 2013-cü ilin iyun ayında Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla eks-spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev arasındakı söhbəti yayıb. O, iki siyasətçi arasındakı söhbətə şəxsən şahidlik etdiyini bildirib.

Q.Rzayevin sosial şəbəkədə paylaşdığı yazını olduğu kimi təqdim edir: “2013-cü ilin iyul ayında dostum İlqar Rzayevlə Moskvaya gedib Rüstem İbrahimbəyovun prezidentliyə vahid namizədliyi üçün fəaliyyət göstərirdik. Həmin ərəfədə bir neçə yoldaşa birlikdə Rüstəm İbrahimbəyovla söhbət edirdik. Elə bu an İbrahimbəyova bir telefon zəngi gəldi. Rüstəm müəllim telefonu götürdü və mikrafonda Rəsul Quliyevlə danışdı. Biz açıq eşidirdik. Rəsul Quliyev deyirdi: “Rüstem müəllim siz mənə təcili 300 min dollar təşkil edin, mən də sizə ən qısa zamanda bir-iki milyon göndərəcəm”. Telefonun bu tərəfində Rüstəm müəllim müxtəlif əl və qaş-göz hərəkətləri ilə Rəsul Quliyevlə məzələnməyə başladı və ona rədd cavabı verdi. Bu səhnəyə baxanda “O olmasın, bu olsun” filmində Məşədi İbadla Qoçu Əsgərin dialoqu yadıma düşdü. Rüstəm İbrahimbəyovdan ayrılarkən yanımdakılara dedim ki, nə qədər bu xalq bu parazitlərdən xilas olmayıb, Azərbaycanda müxalifət hakimiyyətə gələ bilməyəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=22771

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031