ŞOK: İŞİD-in Şimali Qafqaz “vilayət”i yaradıldı

25.06.2015 - 00:13

isidxerite“İslam dövləti” (İŞİD) terror qruplaşması Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar federal subyektlərinin ərazilərində Şimali Qafqaz vilayətinin yaradıldığını elan edib. “Gazeta.ru” saytı xəbər veriri ki, bu barədə terror qruplaşmasının ikinci şəxsi, özünü İŞİD-in lideri Əbubəkr Əl-Bağdadinin mətbuat katibi elan edən Əbu Məhəmməd əl-Adnani bildirib.

Qeyd edək ki, Şimali Qafqaz döyüşçüləri tam heyətdə “İslam dövləti” (İŞİD) terror qruplaşması və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. Bununla bağlı iyunun 21-də “YouTube” portalında videoçarx yerləşdirilib.

Məlumata görə, İŞİD və onun liderinə sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Şimali Qafqazın bütün regionlarını – Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar federal subyektlərini əhatə edir. Videoçarxda göstərilir ki, “Qafqaz Əmirliyi”nin bütün döyüşçülər bu qərarda vahid fikrə malikdirlər.(publika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27159

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930