Konyak içən azərbaycanlı hacı-oliqarx: 7 milyona yaxta, 14 minə ayaqqabı, katibəsinə JEEP alır,

06.07.2015 - 01:17

Elşad Məmmədov “Hacı”nın əməllərindən daha bir ilginc müraciət yaydı: “Bilirəm ki, Avropa mediası bundan Azərbaycana qarşı istifadə edə bilər, amma başqa yolum qalmadığından bunu etməyə məcburam”

ibrahimnehremliHacı İbrahim Nehrəmlinin əlindən 3 azyaşlı körpəsi ilə Avropaya qaçan Qazaxlı iş adamı Elşad Məmmədov moderator.az-a Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevə və H. Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ünvanlanmış növbəti müraciət yollayaraq saytda yerləşdirilməsini xahiş edib:

“Mən Məmmədov Elşad Tofiq oğlu düz 4 ildir ki, pozulmuş haqlarımı bərpa edə bilmirəm. Üzr istəyirəm, amma mənə belə gəlir ki, bunun əsas səbəblərindən biri də İbrahim Nehrəmlinin addımbaşı – toylarda, yas mərasimində, şikayətçiləri qəbul edəndə, bir sözlə, işi dara düşəndə yeri gəldi – gəlmədi Sizin adınızı çəkməyidir. Sizin İbrahimsiz cörək yemədiyinizi deyir həmişə və mobil telefonuna zəng gəldikdə “bu, aqsaqqaldır, Arif müəllim məni gözləyir, mən getməliyəm” deməsidir. Hətta bütün vdeomüsahibələrində və məqalələrində ölkə başcısı İ. Əliyevin ona göstərdiyi etimaddan və onun tapşırığı ilə “Xəzər adaları”nı tikdirməyini dilə gətirir. Dövətin adından da danışmagı hec əksik olmur. Belə bir dələduzun və adını hacı qoyub səhərlər 100 qram konyak içib ağlayan adamın sizin ailənin, ölkə başcısının və dövlətin adından danışmagına biganə qalmamağınızı xahiş edirəm. İbrahim bu davranışı ilə Azərbaycanda sözün əsil mənasında at oynadır və ona gözün üstündə qaşın var deyən tapılmır.

Mən onun dələduzluğu və ölüm hədələri bairəsində 1000 – dən cox şikayət ərizəsi, 300 -ə yaxın mətbuatda məqalə və müraciətlə çıxış etmişəm, 5 mətbuat konfransı RAT-də, 20 -yə yaxın internet televiziyasıda müraciətim baxılmamış qalır bu günə kimi. Mənim qəbulunda oldugum nazirlər və prokurorlar da bu dələduzla bacarmadı, məni haqlı saysalar da.

Zakir Qaralovun qəbulunda 2 dəfə olmuşam və Zakir Qaralov özü mənə dedi ki, sənin işini mən Ali Məhkəməyə tapşırmışam ki, iş sənin xeyrinə olsun. Lakin özünü ailəyə sadiq və yaxın göstərdiyi ücün Ali Məhkəmənin sədri Ramiz Rzayev özü də nehrəmli olduğuna görə Baş Prokurorun sözünü yox, İbrahim Nehrəmlinin sözünü tutdu. Məni Baş prokurorun birinci müavini Rüstəm Üsubov qəbul edib, yanında bir prokuror və bir mülkü geyimli şəxslə birlikdə. Bir saat söhbət etmişik, məni haqlı sayıblar, çünki mənim əlimdə qanuni sənədlərim var, maliyyə arayışım və kassa mədaxil qəbzləri. Lakin Rüstəm Usubov da bacarmayıb.

Məni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi general Kamran Əliyev qəbul edib, yanında 2 işçisi – şöbə müdiri Vüqar Əliyev və prokuroru Nazir Quliyev. Orada da 1 saata yaxın söhbətimiz olub və məni general Kamran Əliyev haqlı sayıb. Hətta öz işçilərinə misal da çəkib ki, bəs Elşadın əlində sənədləri var və bu sənədlər kifayət edir ki, bunun doğru oldugunu subut etsin. Sonra dedi ki, biz hər birimiz gedib ev ala bilərik və ev almağa gedəndə özümüzlə 5 adam aparıb şahid kimi yanımızda tutmuruq ki. Elşad da pul verib ev alıb, əlində maliyyə arayışı və kassa çekləri var. Mənə dedi ki, səni yuxarıdan tapşırıblar, narahat olma, bir həftədən sonra gəl bir də dəqiq araşdıraq. Bir həftədən sonra gəldim və Nazir Quliyev, bir də şöbə müdürü Vüqar Əliyev məni qəbul etdilər. Araşdırıb mənim haqlı olduğumu bildirdilər. Hətta Nazir Quliyev bu haqda mənə mobil telefonunda öz səs yazısını eşitdirdi ki, prokurorluğun iclasında sənin barəndə iclasda cıxış edmişəm. Səni bu boyda nüfuzlu şəxs şəxsən tapşırıb, bəs narahat olma, iş sənin xeyrinə olacaq. Hətta generala da lap yuxarıdan tapşırıldığını dedi. Lakin bunlar da məni aldatdılar və bir dələduz İbrahimlə bacarmadılar.

Mən 4 dəfə PA -da olmuşam, məni Fuad Ələsgərovun köməkçiləri qəbul edib və hər dəfə söz verib aldadıblar. Məni Qazax rayonun İcra başçısı şəxsən qəbul edib və başçı da belə baqsızlıq olmaz, səni PA kuratoruna tapşıracam işini yuxarılara çatdırsın. Başçı da yalançı vəd verib məni aldatdı və bacarmadı. Mən bu haqda şəxsən ölkə başçısı İ.Əliyevə demək üçün 3 körpə övladımla və qohumlarımla PA qarşısına gəldim. Və qalmaga yerim olmadığı üçün etiraz olaraq özümlə PA qarşısına yörğan döşək də gətirmişdim. Lakin orda polislər məni ölkə başçısı ilə görşməyimə imkan vermədi və 3 körpə övladımın gözü qarşısında sözün əsil mənasında qurbanlıq qoyun kimi əlimdən ayğımdan tutaraq 9 – cu polis bölməsinə apardılar. O hadisədə barmağımı da qırdılar. İ. Əliyev Qazax rayonuna gələndə də polislər və icra hakimiyətinin işçiləri şəxsən məni nazarətdə saxladılar ki, şikayət edə bilməyim. Sonra mən Arif Paşayevin qəbuluna düşmək üçün Qazaxdan Bakıya şəhid anası olan xalam Ülkər Nəsibova ilə bir dəfə, bir dəfə də Qarabağ qazisi olan dayım Dünyamlı ilə gəlsəm də Arif müəllimin mühafizəciləri imkan vermədilər görüşüb bu haqsızlığı deməyə. Daha sonra mən bu dələduz İbrahimin əməllərini Mehriban Əliyevaya demək üçün qəbula yazıldım. Çox cətinliklə səhər saat 9-da növdəyə dürsam da şikayətçilər cox olduğundan axşam saat 10 -a növbəyə yazıla bildim. Sonra qəbulda olduqda Mehriban xanımın koməkçisi məni qəbul etdi. Mən bu haqsısdıqların hamsını desəm də mənə son sözü bu oldu ki, bizlik deyil bu məsələ. Mən bir daha mətbuat vasitəsilə bu dələduzun Prezident ailəsinin adından istifadə edib bütün aidiyyatı qurumları susdurmağını Sizin nəzərinizə çatdırmağı özümə borc bildim.
Axı bu adam adını hacı qoyub seherlər 100 qaram konyak icir, yetim haqqı yeyir. 11 şəhid verdiyimiz günü restoran açılışı edir lüt qızlarla, banklardan götürdüyü milyonları öz dədə – baba pulu kimi sağa – sola xərcləyir. Özünə Rols-Royslar alır, 7 milyona yaxta, təyyarə alır, oğlunun ad günündə Fransada 50. 000 fişəng partladıb, 14 minlik ayaqqabı geyinir, 20-30 mühafizəçi saxlayır yanıda, katibəsinə JEEP maşın alır, o da sərxoş sürüb polislərlə mübahisə edib deyir ki, mən hacının katibəsiyəm. 4 milyona yaxın pul xərcləyib adada gözəllik müsabiqəsi keçirib, kimə lazım idi o müsabiqə? Mühafizəçisi məni dəfələrlə ölümlə hədələyib, bu haqda bütün nazirlərimizə və ölkə başçısına müraçiətim bu günə kimi baxılmamış qalıb. Bu azmış kimi Avropada olmağıma baxmayaraq qardaşı Nazim İbrahimov mənə ölüm hədələri yazıb, bu haqda da mətbuat vasitəsi ilə və video müraciətlə qəzet və saytlar vasitəsi ilə harayıma heç kim məhəl qoymur. Mən bir yetim oğlan və himayəmdə 3 azyaşlı övladım olmağını və Azərbaycan ordusunda 4 il qulluq etməyimi nəzərə alıb, millətimi və dövlətimi sevən bir insan kimi sizdən bir daha xahiş edirəm ki, bu dələduzla bağlı tədbir görəsiniz.

Hörmətli Arif müəllim, mən inanıram ki, Siz bu haqda eşitsəniz mənim, ailəmin və 3 körpə övladımın haqqının bərpasında kömək olaçaqsınız. Mənim bu müraciətlərim də Sizə çatmasa məcburam ki, ölkə başcısı Avropaya səfəri zamanı bu haqda şəxsən İ. Əliyevin özünə deyəm. Məni ona yaxın buraxmasalar belə məcburam ki, səsgücləndiricilərlə dərdimi ona çatdıram. Bilirəm ki, Avropa mediası bundan Azərbaycana qarşı istifadə edə bilər, amma başqa yolum qalmadığından bunu etməyə məcburam. Ona görə də Sizdən mənim problemimə əncam çəkməyinizi xahiş edirəm.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27635

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031