Saakaşvili: “Putin Azərbaycana hərbi müdaxilə edə bilər”

22.07.2015 - 00:26

tank2Hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili Britaniyanın “The İndependent” qəzetinə müsahibəsində Putinin keçmiş sovet respublikalarına qarşı planlarından danışıb. Virtualaz.org saytı xəbər verir ki, Gürcüstanın eks-prezidenti Putini niyə bu dərəcədə ciddi təhdid hesab etməsini jurnalistlərə ətraflı izah edib.

“Baltik ölkələri növbəti olacaq” səs-küylü başlığı ilə dərc edilən müsahibə Saakaşvilinin jurnalistlə söhbət edərkən əl-qol hərəkətləri ilə emosional jestlər edən fotosu ilə müşayiət olunur. “2008-ci ildə mən təxmin etmişdim ki, növbəti hədəf Ukrayna olacaq, onun ardınca isə Baltik ölkələri gələ bilər”- deyə keçmiş prezident bildirib.

“Onlar Baltik ölkələrinə doğru hərəkət etməyə bilməzlər. Onlar yenidən Gürcüstana və Azərbaycana girməyə bilməzlər. Putin NATO-nu sınağa çəkmək ideyasına sadiqdir. Bu, mənim onunla uzun söhbətlərimdən aydın olub”- deyə Saakaşvili əlavə edib.

Saakaşvilinin sözlərinə görə, Putin onunla söhbətlərdə üç əsas məsələ haqda danışıb: “Birincisi, biz Rusiyanı Şimali Kipr kimi əraziyə çevirəcəyik. İkincisi, Ukrayna ölkə deyil, ərazidir. Və üçüncüsü, Baltik ölkələri müdafiə olunmaq imkanında deyil”.

Odessa qubernatoru deyib ki, cənab Putin axmaq deyil: “O, uda bilməyəcəyi müharibəni başlatmır. O, keçmiş KQB zabiti kimi əvvəlcədən hazırlıq görür. Nə vaxt nəyi ələ keçirə bilərsə, onu edir. Bütün qalan vaxt ərzində o, növbəti sərfəli imkanın nə vaxt yetişəcəyini səbrlə gözləməyə qadirdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28586

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930