Rusiya Böyük Mason Lojasının rəhbəri Dağlıq Qarabağda – FOTOLAR

24.07.2015 - 03:07

rrRusiya Böyük Mason Lojasının rəhbəri Andrey Boqdanov qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə – Dağlıq Qarabağa səfər edib. Strateq.az bildirir ki, Ermənistanda olan A. Boqdanov Mason təşkilatının üzvləri ilə birgə qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edib. Daha sonra Boqdanov Yerevandan Dağlıq Qarabağa gedib. Bir neçə gün orada gəzib-dolaşan mason lideri Xankəndi və digər yerlərdə çəkdiyi fotoları internetdə paylaşıb.

Şəklə rəy yazan rus istifadəçilərin “Azərbaycanın sizi “qara siyahı”ya salacağından qorxmursunuz?” sualına Boqdanovun cavabı qəribə olub. Masonların rəhbəri deyib ki, o, Dağlıq Qarabağa uşaqlarının ulu babasının məzarını ziyarət etmək üçün gəlib. “Mən burada heç bir siyasi post tutan şəxslə görüşməmişəm”, – deyə Boqdanov yazıb.

Xatırladaq ki, A. Boqdanov bir neçə dəfə Bakıda olub. Sonuncu dəfə o, Böyük Azərbaycan Lojasının iyun ayında Bakıda keçirilən toplantısında iştirak edib.

mason baku.jpg

26 iyun 2015-ci ildə Bakıda, “Hilton” oteldə keçirilmiş toplantıdan foto

Azərbaycan XİN Dağlıq Qarabağa icazəsiz səfər edən şəxsləri özünün tərtib etdiyi “qara siyahıya” daxil edərək onlara Bakıya gəlməyi qadağan edir. Sonuncu belə qadağa ilə rusiyalı milyonçu Streliqov üzləşib. Hazırda onun barəsində cinayət işi açılıb.

Qeyd edək ki,  2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasında Rusiya Böyük Lojasının köməyi olub və çətin layihənin bütün səylərini dəstəkləyib.(strateq.az)

boqdanov 02.jpg

 

boqdanov stepanaket02.jpg

 

boqdanov genosid.jpg

 

qarabaq01.jpg

 

 

qarabaq02.jpg

 

qarabaq03.jpg

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28760

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930