Saatlının fironu: İlham Quliyevdən İlham Əliyevə şikayət

28.07.2015 - 01:28

rr2010- cu ilin yazında baş vermiş Kür daşqınları zamanı su basmaya məruz qalmış Saatlı rayonu Novruzlu kənd sakini Cahangirova Xanım dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətin diqqət doğuracağını nəzərə alıb, cumhuriyyet.az olaraq onu olduğu kimi diqqətinizə çatdırırıq;
“Cənab prezident, Sizin tədbirlərdə, görüşlərdə vətəndaşlara problemlərini bildirməyi və tədbir görüləcəyi fikrinizi əsas tutub bildirirəm ki, Saatlı rayonunda problemlər baş alıb gedir. Bu problemləri saymaqla qurtaran deyil. Belə ki, rayonda işsizlik problemi, vətəndaşlara sosial yardımın verilməsi, içməli su, qaz, işıq, kənd yollarının bərbad vəziyyətdə olması, səhiyyə, təhsil, mədəniyyət, bölgələrin inkişafı ilə bağlı nəzərdə tutulan dövlət proqramının həyata keçirilməsində və s.- də ciddi problemlər var.

Qeyd etmək istəyirəm ki, Saatlı RİH başçısının birinci müavini İlham Quliyev Saatlı rayonunda at oynadır. İ. Quliyev deyir ki, rayonun başçısı da mənəm, rəisi də, məhkəməsi də… Hətta İ. Quliyev RİH başçısına da yalan məlumatlar verib onu inandıra bilir. Saatlı rayonunda hər bir vətəndaş bilir ki, həftənin 5- ci günü RİH başçısının qəbul günüdür. Qəbula gələn vətəndaşlar başçı ilə görüşmək ümidi ilə gəlsələr də qəbulda İ. Quliyevi görürlər. İ. Quliyev qəbula hər həftə gələn vətəndaşlarla ünsiyyətdə kobud rəftarı ilə yadda qalıb. Onun vətəndaşlarla kobud rəftarına qarşı irad bildirənləri isə “gözü çıxmış qardaşından dərs götürməyi” istehza ilə məsləhət görür. Belə ki, bir ay ərzində hər həftə qəbula gələn və ya Sizə problemlərini yazılı şəkildə bildirən vətəndaşları hüquq mühafizə orqanlarına zəng etməklə qarşısı alınır. Əgər araşdırma aparılsa Saatlı RİH- də problemlərinin həll olunması üçün müraciət edən vətəndaşların hüquq mühafizə orqanları tərəfindən zərərsizləşdirilməsinin şahidi olarıq.

Cənab prezident, rayonda olan problemlər və İ. Quliyevin qanunsuz hərəkətləri ilə bağlı oğlum Cahangirov Rövşən Gülağa oğlu keçən ay Sizə etdiyi müraciətlə bağlı 15 iyul 2015- ci il tarixdə 070 347 75 75 saylı mobil nömrədən zəng edərək məhkəməyə çağrılıb. Məhkəmənin hakimi Şahin Quliyev oğluma bildirib ki, onun prezidentə ünvanladığı məktubunda şərəf və ləyaqətinin təhqir olunduğunu bildirən birinci müavin İ. Quliyev məhkəməyə müraciət edib. Maraqlıdır beş nəfər ailə üzvümüzn heç birinin işlə təmin olunmaması, nəvələrimi və oğlumun ailəsini aldığım pensiya ilə saxlamağım, imkansızlıq ucbatından elektrik sayğacına işıq pulu yükləyə bilməməyim, bizim ailəmizin yaşayış tərzinin ibtidai icma qurluşunda yaşayan insanlardan fərlənməməsi və s. bu hallar nəinki oğlumun, hətta bütün ailəmizin şərəf və ləyaqətinin təhqir olunması deyilmi? Üstəlik məhkəmə hakimi İ. Quliyevin hansı xüsusiyyətlərinə görə onun maraqlarından çıxış edir? Deməli Saatlı rayonunda olan idarə rəhbərləri İ. Quliyevin razılığı olmadan daşı daş üstünə qoya bilməz.. Birinci müavinin istehza ilə dediyi “bu rayonun başçısı da mənəm, rəisi də, məhkəməsi də” ifadəsi öz təsdiqini tapır.

Əlavə olaraq qeyd edim ki, İ. Quliyev dövlət vasitəsilə özünə biznes qurmağı da yaddan çıxarmayıb. Dövlət vəsaiti ilə biznes quran birinci müavin nəinki Azərbaycanda, hətta Türkiyədə belə gələcəyi üçün gün ağlamağı yaddan çıxarmayıb. Əgər obyektiv araşdırma aparılsa İ. Quliyevin il ərzində gömrük və sərhəd xidmətindən neçə dəfə istifadə etməsinin şahidi olacaqsınız.

Cənab prezident, problemlər çoxdur, həll edən isə yoxdur. Əgər vətəndaş Sizə problemləri çatdırırsa və bunun nəticəsində birinci müavin tərəfindən məhkəməyə müraciət edilib məhkəmə hakimi də deyirsə ki, get özünü öldür, biz beş ailə üzvü ilə birlikdə təhlükəsizliyimizin təmin olunması üçün Sizdən sığınacaq istəyirik.
Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28818

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930