“Azercell”in növbəti unikal fırıldağı — FAKT+AUDİO

03.08.2015 - 00:33

Azercell1Azercell istifadəçiləri şirkətin onlara “texniki tələ” quraraq maddi ziyan vurduğunu iddia edirlər. Şikayətlər internet paketlərinə edilən yeniliklərlə bağlıdır. Belə ki, “Azercell” şirkəti öz rəsmi saytında internet paketlərinə edilən dəyişikliklərlə və endirimlərlə bağlı məlumat yerləşdirib. Lakin müştərilər şirkətin 2002 xidmətinə zəng edib məlumat almaq istəyərkən onlara köhnə məlumatlar verilir ki, bu da çaşqınlığa və pul itkisinə səbəb olur.

Məsələn yeni dəyişikliklərdə 100 MB-lıq internet paketi ləğv edilib, lakin 2002 xidməti hələ də müştəriyə 2 AZN-ə 100 MB paket əldə edə biləcəyini məlumat verir. Müştəri isə 2 AZN göndərsə də, 100 MB-lıq paket yeni dəyişikliklərdə ləğv olduğundan ona heç bir internet paketi gəlmir, həmçinin göndərdiyi pul da geri qaytarılmır, yəni müştəri 2 AZN ziyana düşür, bu pulu isə Azercell qazanır.

Və yaxud 1 GB-lıq internet paketinin qiyməti yeni tariflərlə 5 AZN olduğu halda, 2002 xidmətində bu paketin qiyməti köhnə tariflə, yəni 6 manat olduğu bildirilir. Beləliklə müştəri burada da 1 AZN itirir.

Məsələni dəqiqləşdirmək üçün araşdırdıq və müştərilərin haqlı olduğunun şahidi olduq. “Azercell”in rəsmi internet səhifəsində yeniliklərlə bağlı yerləşdirdilən xəbərlə 2002 xidmətində müştərilərə verilən məlumatlar bir-biri ilə uyğun gəlmir. Fakt üçün yazılı və səsli məlumatları təqdim edirik:

“Azercell”in yeniliklərlə bağlı yazılı məlumatı:

“Azercell” 2002 xidmətinin səsli məlumatı:

Qeyd:“Azercell” şirkəti bunun texniki qüsuru olduğunu iddia etsə belə, istənilən halda ziyan vətəndaşa dəyir. Lakin texniki xidmətinin dəqiqliyi ilə daim öyünən bir şirkətin belə bir kobud səhvə yol verməsi heç də inandırıcı görünmür.

Onu da əlavə edək ki, Azərbaycanda mobil istifadəçilərin təxminən 5 milyona yaxını “Azercell”in xidmətlərindən yararlanır. Bu qədər istifadəçisi olan bir mobil operatorun belə bir fırıldaqdan və ya texniki səhvdən nə qədər böyük məbləğdə gəlir götürməsini isə təsəvvür etmək o qədər də çətin deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29138

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728