Əli Həsənovun standartları: qaçqın haqqını yeyən sistem

03.08.2015 - 00:41

Kasıb, kirayədə qalan Ağdam sakininə ev verilməlidir, yoxsa İcra Hakimiyyətində çalışan məmura?

elihesenovqacqin«Qaçqınkom»un Azərbaycan ərazisində inşa etdirdiyi evlərin heç də hamısı kasıb, imkansız, evi olmayan qaçqınlara verilmir. Bununla bağlı dəfələrlə şikayətlər ortaya çıxsa da, komitə rəsmiləri bir şəkildə işdən sıyrılmağa çalışıblar. Amma prosesin bu qədər uzun sürməsi də mümkün deyil. Ona görə ki, hazırda yetərli qədər kasıb, imkansız və evsiz qaçqın var ki, onlara mütləq ev verilməlidir.
Əli Həsənovun ədalətsizliyi
Xəyyam Salmanzadə Ağdam rayonundan olan məcburi köçkündür. Hər iki valideynini hələ uşaq ikən itirib. Öz gücünə oxuyub, təhsil alıb. Həyatda duraraq, çalışıb ailə uşaq sahibi olub. Amma imkansızlıq, kasıblıq, xüsusən də 3 körpə uşağından ikisinin ağır xəstə olması bu gənci həyatın bütün sınaqlarına sinə gərməyə vadar edib. Elə bu səbəbdəndir ki, Xəyyam Salmanzadə iki xəstə uşağının mütəmadi olaraq müalicə alması üçün dəridən-qabıqdan çıxır. Evsizlik isə bir tərəfdən onun həyatını zindana çevirib.

Şəhid qardaşı olan Xəyyam Salmanzadənin həyatda bəxti digər qardaşına görə də gətirməyib. Çünki onun bir qardaşı intihar edərək, özünə qəsd edib. Həyat yoldaşı isə xərçəng xəstəliyindən əziyyət çəkir. Xəstə ana, üç körpə, onlardan ikisinin ağır xəstə olması… Üstəlik, evsizlik və kirayə həyat tərzi. Hər halda bu istənilən şəxsə durumun nə qədər dəhşətli olduğunu nümayiş etdirir.
Xəyyam illərdir məcburi köçkün olaraq Bərdə şəhərində inşa olunan evlərdə mənzillə təmin olunmasını istəyir. Dediyi də budur ki, barı, bu qədər problemin içində kirayə dərdi çəkməsin. Ancaq bu istəklərinə hər dəfə müxtəlif bəhanələrlə əngəl olurlar. Gah, Vidadi İsayev icra başçısı olaraq Xəyyam Salmanzadənin evlə təmin edilməsinə əngəl olur. Gah da, evlərin paylanılması prosesinə nəzarət edən Elman İsmayılovun keyfi yerində olmur. Amma…
İşin amması odur ki, Ağdamın icra başçısının müavini Arzu Rəhimovanın Bakıda, Bərdədə və Şamaxıda evləri var. Bir amma da odur ki, «Qaçqınkom»un sədri Əli Həsənov Elmana tapşırıq verir ki, Arzu Rəhimovaya daha bir ev hədiyyə eləsin və ona Müşfiqabad qəsəbəsində inşa edilən evlərdəki mənzillərdən birini versin.
Biz başa düşürük ki, Arzu xanım tamahkardır. Bu qədər evlərə sahib olduqdan sonra, Bərdədə özünə villa tikdirir. Rayonun Gərənə kəndində inşa etdirdiyi 3 mərtəbəli villasının işləri yekunlaşmaq üzrədir.
Əli Həsənovun ədalətsizliyi
Bəli, onu da bilirik ki, Arzu Rəhimovanın Şamaxıda qoyun sürüləri var və orada bir neçə çoban çalışır. Bu sürülər onun qazanc yeri, əlavə gəlir mənbələrindən biridir. Ancaq bütün bunlara baxmayaraq, «Qaçqınkom» hər il az qala onu bir evlə mükafatlandırmağı qarşısına məqsəd qoyub.
Təbii ki, Arzu Rəhimovanın əli uzundur və onun maddi imkanları da genişdir. O da məlumdur ki, bu şəxs ailəsin, uşağına baxmaq üçün böyük imkanlara malikdir. Amma bu «Qaçqınkom»a, onun rəhbəri Əli Həsənova o haqqı vermir ki, çətinlik içinlə yaşayan, xəstə uşaqlarını ayağa qaldırmağa çalışan, üstəlik, kirayə evdə yaşayan birinin zəlalət və zülm içində yaşamasına şərait yaratsın. Axı, Əli Həsənovun vəzifəsi Prezidentin tapşırığını yerinə yetirərək, onu icra etməkdir. Prezidentin tapşırığı isə budur ki, yeni tikilən binalardakı mənzillər evə daha çox ehtiyacı olan qaçqınlara verilməlidir. Lakin komitə sədrini varlı icra başçısının müavinləri, şöbə müdirləri və digər məmurlar daha çox maraqlandırır. Səbəbi bizə məlum deyil. Fəqət, ortada dolaşan söhbətlər var. O söhbətlər ki, burada məsələ şirnikləndirici vədlərdən, «boğaz yaşlamaq»dan gedir.
İndi sual olunur: Sizcə kimə mənzil verilməlidir? Səfalət içində kirayələrdə yaşayan, iki uşağı xəstə olan, həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkən, övladlarına gələcək qurmaq üçün çabalayan, acınacaqlı durumlarla üz-üzə qalan Xəyyam Salmanzadəyə, yoxsa, Şamaxıda, Bərdədə, Bakıda evləri olan, Şamaxıdakı qoyun sürülərinə sahib, özü də Ağdamın İcra Hakimiyyətində müavin vəzifəsində çalışan Arzu Rəhimovaya? Bu suala «Qaçqınkom»un sədri Əli Həsənov əlini vicdanına qoyaraq, cavab versin. Kimin haqlı olub, olmadığını müəyyənləşdirsin.(demokratiya.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29158

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930