Azərbaycan üçün təhlükə – Qarabağ münaqişəsi, manatın devalvasiyası və İŞİD…

22.08.2015 - 03:50

baki“Minchenko Consulting” şirkətinin mütəxəssisləri “Cənubi Qafqaz regionunda siyasi risklərin qiymətləndirilməsi” adlı hesabat hazırlayıblar.

ANS PRESS-in məlumatına görə, həmin hesabatda Qafqazdakı ölkələrin stabilliyi qiymətləndirilib. Bildirilib ki, Qafqaz regionu üçün ən böyük təhlükələrdən biri iqtisadi qeyri-stabillikdir. “Bu qeyri-stabilliyin yaradılmasında Rusiya və İŞİD-in də rolu var.” Hesabatda ən stabil ölkə olaraq Azərbaycan, stabilliyi ən zəif olan ölkə kimi isə Ermənistan göstərilib.

“Ukraynadakı münaqişə və Rusiyanın Qərblə qarşıdurması Cənubi Qafqaz da daxil olmaqla bütün postsovet məkanında vəziyyətin gərginləşməsinə səbəb olub”, – deyilən hesabatda Cənubi Qafqazın Rusiya üçün xüsusilə əhəmiyyətli olduğu xatırlanıb.

Həmçinin bildirilib ki, regionda Avropa və Avrasiyaya inteqrasiyaya aid layihələr arasında rəqabət də güclənib. Müəlliflərin fikrincə, Qafqaz şəraitində inteqrasiyaya aid istənilən layihənin reallaşadırılması zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. Mütəxəssislər Qafqazda SSRİ dağılandan sonra 6 silahlı münaqişənin baş verdiyini, bir neçə tanınmamış və ya qismən tanınmış respublikaların yaradıldığını xatırladıblar.

Hesabatda Qafqaz ölkələri üçün təhlükə yarada biləcək şərtlər də açıqlanıb. Bildirilir ki, Qarabağ münaqişəsi ərazisində və Azərbaycan-Ermənistan arasındakı təmas xəttində gərginliyin artması, Gürcüstanın avroatlantik meylinin güclənməsi, Yaxın Şərqdə İŞİD terrorçu qruplaşmasının mövqelərinin möhkəmlənməsi, radikal əhval-ruhiyyənin və terrorçu metodların Qafqaza ötürülməsinə cəhd edilməsi Qafqaz ölkələri üçün yeni təhlükələrdir.

Region ölkələrinin makroiqtisadi vəziyyətinin də təzyiq altında olduğu bildirilir: ölkələrdə pulun hiss edilən həcmdə devalvasiyası xaricdən pul köçürmələrinin azalması və investisiya sahəsində azalma fonunda baş verir.

Hesabatda Cənubi Qafqaz regionu ölkələrinin sosial və daxili siyasi problemləri haqqında məlumat verilib. Ermənistanda kütləvi etirazlar və yayda başlayan konstitusiya islahatları ölkənin stabilliyinə təhlükə yaradan əsas amillər olaraq göstərilib. Bundan başqa, qeyd edilib ki, ölkənin siyasi və iqtisadi cəhətdən təcrid edilməsi, Qarabağ münaqişəsinin həllinin uzanması da ölkənin stabilliyini təhlükədə qoyur.

Ermənistanda rusiyalı hərbçinin bir erməni ailəsini qətlə yetirməsinə görə keçirilən etiraz aksiyası

Gürcüstanda isə ağır iqtisadi vəziyyətin hökm sürdüyü bir vaxtda müxalif “Vahid milli hərəkat”ın fəallaşması qonşu ölkənin inkişafına və möhkəmlənməsinə mane olur.

Qafqaz ölkələri içərisində ən stabil ölkə olaraq qiymətləndirilən Azərbaycanda əsas təhlükə kimi “sistemsiz islamçı müxalifətin” fəallaşması göstərilir. Türkiyə və İranda isə ölkələrin siyasi gələcəyinin qeyri-müəyyən olduğu bildirilir.

Sonda Rusyanın regionda stabilliyin qorunmasında maraqlı olduğu bildirilsə də, ölkənin Qərblə münasibətlərini yenidən nəzərdən keçirməyə hazır olmadığı qeyd edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30045

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728