Lənkəran təhsilindən şok xəbərlər

08.01.2014 - 11:43

Rayon təhsilində korrupsiya şahlq edir

 
 

Redaksiyamızın elektron poçtuna daxil olan  məlumatda qeyd edir ki, Lənkəran Şəhər Təhsil Şöbəsi korrupsiya sahəsində rekorda imza atmağa hazırlaşır. Məlumata , təkcə şəhər təhsil şöbəsinin müdiri Şahanə Əhmədova və müdir müavini Güloğlan Bağırov üçün hər məktəbdən yığılan aylıqlardan söhbət açsaq, yazıq müəllimin necə ağır duruma düşdüyü mənzərə tam aydın olar.
Əldə etdiyimiz məlumatlara görə, hər ay şöbənin müdiri Ş. Əhmədova üçün irili – xırdalığından asılı olaraq hər məktəbdən, şöbənin tabeliyindəki məktəbdənkənar müəssisələrdən 200 – 500 AZN məbləğində pul toplanılır. Rayon üzrə 152 belə müəssisənin olduğunu nəzərə alsaq, bu, külli miqdarda vəsait edir. Bu pul müəllimlərdən yığılır. Məktəb direktorları və yaxud, onların bu məsələ ilə bağlı ayırdıqları şəxslər həmin pulu zərfin içində təhsil şöbəsi müdirinin pul yığanına təqdim edirlər. Bəzi mülahizələrə görə, hələlik pul yığanın kimliyini açıqlamırıq. Toplanan bu pulun, insafən, heç də hamısının müdirə çatmadığı, onun da yuxarılara haqq verməsi barədə söhbətlər var. Bu puldan hansı quruma və nə qədər verilməsi barədə araşdırmalarımız davam edir və yaxın günlərdə açıqlama verəcəyik.
Şəhər təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırova çatacaq haqqın məbləği və ona verilməsi də fərqli deyil. Müdir müavini üçün rayon üzrə adıçəkilən 152 müəssisədən hər ay yığılan 20 – 50 manat civarında pul zərfin içərisinə qoyularaq məktəb direktoru və yaxud, onların ayırdığı şəxs tərəfindən G. Bağırova kabinetində təqdim edilir. Pulu alarkən müdir müavini öz hərəkətinə “halallıq” çaları verməyi də unutmur. Bu zaman gülümsənən şöbə müdirinin müavini pulu ona təqdim edənə “Allah əvəzini versin. Allah sənin üçün də yetirsin” deyir.
Xatırlatmaq yerinə düşərdi ki, Güloğlan Bağırovun idarə etdiyi xarici markalı avtomobil 30 – 50 min manat civarındadır. Yəqin ki, şöbə müdiri öz halal zəhməti ilə bunu ala və saxlaya bilməzdi.
Əldə etdiyimiz maraqlı bir məlumatı da oxucularımızla bölüşməyi özümüzə borc bilirik. Şöbə müdiri ilin sonunda təhsil şöbəsinin rayon telekommunikasiya qovşağına olan şəhərlərarası telefon danışığına görə 2000 manatlıq debitor borcunu da tələsik məktəblərdən yığılan vəsaitin hesabına ödəyib. Başqa bir məlumatda göstərilir ki, ötən ilin noyabr ayında şəhər təhsil şöbəsini yoxlayan Hesablama Palatasının fəaliyyəti uğurlu alınıb. Yoxlamanın ilk günündə təhsil şöbəsində xeyli nöqsan aşkarlayan müfəttişlər sonda razılığa gələ biliblər. Yayılan məlumata görə, rayon üzrə irili – xırdalığından asılı olaraq hər bir məktəbdən şöbə müdirinin göstərişi ilə 3000 – 8000 (hər müəllimdən 30-50 manat) civarında pul toplanaraq qonaqlar yola salınmışlar. Ancaq pulun təhsil şöbəsində deyil, başqa bir məkanda cəmlənib, daha sonra gələn qonaqlara təqdim olunması barədə söhbətlər var. Bu barədə araşdırmalarımız davam edir.
Rayonun təhsil müəssisələrində 4300 nəfərə yaxın pedaqoji işçi çalışır. Müəllimlərin əmək haqqının elə də yüksək olmadığı hər kəsə məlumdur. Deyə bilərsiniz ki, bu, mərkəzi icra hakimiyəti orqanlarından asılı məsələdir, təhsil idarəsinin rəhbəri maaşları artıran deyil ki. Amma olan bu az maaşın da bir hissəsinin müəllimlərin əlindən alınması insafdandırmı?
Müəllimlər deyir ki, rayon təhsil şöbəsinin müdiri Şəhanə Əhmədovanın qeyri-qanuni göstərişinə əsasən məktəb direktorları tabeliyində çalışan müəllim və digər işçilərin hər birinin aylıq əmək haqqından məcburi qaydada 10 manat pul toplayır. “Niyə etiraz, şikayət etmirisniz?” deyə soruşanda, eyni cavabı eşitdik: “Səsimizi çıxarsaq, dərs saatımız azalar, işdən qovula bilərik.” Öyrənirik ki, problem təkcə aylıq tutulan bu 10 manat deyil.
Sığorta pulu adıyla rayon üzrə bütün təhsil işçilərindən ayda 10 manat olmaqla 3 ay müddəti üçün adambaşına 30 manatdan pul yığılıb. Yeri gəlmişkən, belə hal ötən ildə də olmuşdu. Təhsil işçləri toplanılan vəsaitin sığorta təşkilatının hesabına ödənilməsinə şübhə edir: “Bizimlə müqavilə bağlanılmayıb, pulun alınmasına dair qəbz verilməyib.” “Sığorta pulu” bir çox təhsil müəssisələrində pedaqoji kollektivlə direktor arasında mübahisə və narazılıq yaradıb.
Ödənilən məbləğə görə təminatın hüquqi sənədlərlə rəsmləşdirilməsini tələb edən müəllimlərə direktorlar bu təminatı kişi sözü ilə, and-amanla, söyüş qoymaqla veriblər.
Digər problem həmkarlar təşkilatı ilə bağlıdır. Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Lənkəran rayonu üzrə də komitəsi fəaliyyət göstərir. Üzvlük azad olsa da, təhsil işçilərinin hamısı zorən bu quruma üzv edilib və onların aylıq əmək haqqının 2 faizi üzvlük haqqı olaraq tutulur.
Həmkarlar ittifaqının illik gəliri 120 min manatdan yuxarıdır. Amma müəllimlər deyir ki, son 5 ildə bu təşkilatın fəaliyyətini hiss etməyiblər, kiməsə yardım göstərməyi barədə eşitməyiblər.
Onlar deyir ki, həmkarlar ittifaqının sədri Qürbətəli Zeynalov futbol matçına canlı baxmaq üçün xarici ölkələrə gedir. Qayıdandan sonra öz təəssüratlarını təhsil işçiləri ilə həvəslə bölüşür.

Rayon təhsil şöbəsini tərəfindən büdcə vəsaitlərindən, yumşaq desək, səmərəsiz istifadə edilir. İlkin araşdırmalarımız bunu deməyə əsas verir ki, malların alınması, iş və xidmətlərin görülməsi üçün tenderlər formal olaraq keçirilib, xeyli məbləğ təşkil edən vəsaitlər kağız üzərində silinib.
Qeyd: Yazıda adları çəkilən təhsil şöbə müdiri və müavinin şəhər telefonları gün ərzində zənglərimizə cavab vermədi.  Amma biz qarşı tərəfin də fikirlərinə həmişə yer ayırmağa hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=3272

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930