Milli Şuradakı proseslər xarici mediada
“Müsavatın getmə qərarının taktiki səhv olma ehtimalı böyükdür.
Bundan isə AXCP-nin bəhrələnməsi şübhəsizdir”
“Müsavatın getmə qərarının taktiki səhv olma ehtimalı böyükdür.
Bundan isə AXCP-nin bəhrələnməsi şübhəsizdir”
Milli
Şurada baş verən son olaylara yerli mətbuatla yanaşı beynəlxalq media da diqqət
ayrımaqdadır. “Azad Avropa” radiosunun saytında yerləşdirilən “Azərbaycan
müxalifətinin birliyi hələ də fəaliyyət qabiliyyətlidirmi?” başlıqlı yazı da bu
qəbildəndir. Məqalədə müxalifət koalisiyasında baş verən olaylar barədə ətraflı
məlumat verilərək proseslər təhlil olunub.
Yazını
qısa ixtisarlarla diqqətinizə çatdırırıq: “Azərbaycan müxalifətinin son illər
əldə etdiyi birliklərdən biri Milli Şuranın gələcəyi ilə bağlı bir sıra
şübhələr mövcuddur. Bu, Azərbaycanın tanınmış
və nüfuzlu partiyalarından biri olan Müsavatın təşkilatın sıralarından
ayrılmasından sonra baş verib. Qəbul olunan qərarla bağlı verilən açıqlamalar
Milli Şuranı tərk etməni rasional şəkildə izah etmir. Bəyan edilir ki, Milli
Şuranın seçkilərdə vahid namizədi müxalifəti qələbəyə aparmadığı üçün “yeni
taktikaya” ehtiyac var. Eyni zamanda iddia olunur ki, Milli Şura yaranma
missiyasını yəni seçkilərdə iştirakı yerinə yetirib. Milli Şura hazırda
Moskvada yaşayan tanınmış kinorejissor Rüstəm Ibrahimbəyovun övladı idi. O,
sərt tənqidləri ilə ölkədəki siyasi mühitə canlanma gətirə bilmişdi. Milli Şura
2013-cü ilin mayında iki aylıq müzakirələrdən sonra 1999-cu ildə o zamankı
dövlət başçısı Heydər Əliyevin müşaviri postundan imtina edən Azərbaycan Naminə
Forumun prezidenti Eldar Namazov, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa
Qəmbər arasında aparılan danışıqlar nəticəsində yaranmışdı.
Milli
Şuranın hədəfləri:
–
Demokratik seçkilər yolu ilə avtoritarizmdən demokratiyaya dinc keçidi təmin
etmək;
– bu keçid
zamanı stabilliyi təmin etmək;
–
qanunun aliliyini və insan haqlarını müdafiə etmək;
–
Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq.
Noyabrın
28-də Rüstəm Ibrahimbəyov Milli Şuranın sədri vəzifəsindən istefa verdiyini
bəyan edərək, bu posta Cəmil Həsənlinin namizədliyini təklif etdi. Cəmil
Həsənli bu posta dekabrın 3-də seçildi. Rüstəm Ibrahimbəyov isə Milli Şuranın
fəxri sədri elan edildi. Elə həmin sessiyada Eldar Namazov diqqətini rəhbərlik
etdiyi “El” Hərəkatının fəaliyyətinə daha çox yönəltməyi planlaşdırdığını bəyan
edərək Milli Şuranın İcra Aparatının rəhbəri postundan getdi.
Dekabrın
26-da isə R.Ibrahimbəyov Milli Şuranın fəxri sədri postundan imtina edərək,
açıq şəkildə Müsavatı Milli Şuranı dağıtmaqda ittiham etdi.
Prosesləri
izləyən müşahidəçilərin sözlərinə görə, əgər Müsavatın Milli Şuranı parçalamaq
cəhdləri İsa Qəmbərin Rüstəm Ibrahimbəyovdan incikliyi və ya ona qarşı
qısqanclığı ilə bağlı idisə, nəyə görə partiya Rüstəm Ibrahimbəyovu təşkilatda
nüfuz sahibi olmayandan sonra belə Milli Şuranı tərk etdi? Və Müsavat 2015-ci
il parlament seçkiləri ərəfəsində “yeni taktika”sını elan edərək, Milli Şura
ilə əməkdaşlığa hazır olduğunu vurğuladı.
Müsavatın
getmə qərarının taktiki səhv olma ehtimalı böyükdür. Bundan isə AXCP-nin bəhrələnməsi
şübhəsizdir. Cəmil Həsənli Müsavatın qərarını geniş müzakirə etməməyin
tərəfdarı olsa da, Əli Kərimli hesab edir ki, Milli Şuranın təssisçiləri
Azərbaycan xalqı qarşısındakı öhdəliklərindən imtina etmək hüququnda deyillər.
AXCP sədri “facebook” səhifəsindəki stutasunda bu fikirləri bölüşüb: “Biz bu
yolu bizimlə birgə addımlamaq istəyənlərlə sona qədər getməyə hazırıq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3410