Zakir Fərəcovun qalmaqallı qardaşı oğlu və NORF-un xəmirinin aparacağı su – VİDEO

08.10.2015 - 00:00

Zakir FərəcovSumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıtdakı geniş biznes şəbəkəsi haqda savash.org saytında ilginc yer məlumatlar alıb. Bununla bağlı yazıda deyilir: “İllərdir ki, Zakir Fərəcov Sumqayıtda biznes fəaliyyətilə məşğuldur və obyektlərinin əksəriyyəti də yaxın qohumlarının adınadır. Fərəcovlara bağlı olan restoran, mağaza və apteklər şəbəkəsi haqda geniş məlumat verəcəyik. İndi isə Fərəcovların Sumqayıtdakı biznes imperiyasına daxil olan bir müəssisə haqda məlumat vermək istərdik. Bu Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcovun patronluğu ilə çalışan “Ruslan-S MMC” ilə bağlıdır. Qeyd edək ki, adıçəkilən MMC Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşir. Müəssisə əsasən şirəli içkilər istehsalı ilə məşğuldur və həmin məhsullar “NORF” markası altında satışa buraxılır. “NORF” adının açılışı isə məhsulun Fərəcovlara bağlılığını bir daha təsdiqləyir. Savash.org-u məlumatlandıran mənbə iddia edir ki, “NORF” məhz bu sözlərin baş hərflərinin cəmindən yaranıb: “NAZİM OĞLU RUSLAN FƏRƏCOV”.

Bildirək ki, Z.Fərəcovun qardaşıoğlu Ruslan Fərəcovun adı mediada ilk dəfə deyil ki, hallandırılır. Düz beş il bundan əvvəl 2010-cu ilin sentyabrında yayılan xəbəri cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Sentyabrın 11-də axşam saat 22 radələrində Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında kütləvi dava düşüb. Hadisənin şahidlərinin “Yeni Müsavat”a verdiyi məlumata görə, savaş öncə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun oğlu Emin Həsənovla Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinin müdiri Nazim Fərəcovun oğlu Ruslan Fərəcov arasında başlayıb. Şahidlərin deməsinə görə, onlar qız üstündə “razborka” ediblər və bir-birilərinə silah çəkiblər. Onların yanındakı adamlar məmur övladlarını tərk-silah etsələr də, bu dəfə onlar avtomobillərində gəzdirdikləri “dubinka” ilə bir-birilərinə hücum çəkiblər. Bundan sonra hər iki tərəfdən olan gənclər davaya qoşulublar və kütləvi vuruşma başlayıb.” Bu qalmaqala görə, o zaman əmi Fərəcovun başı ağrıdı. İndi isə biznesmen qardaşoğluya görə icra başçısı başqa bir problem yaşaya bilər. Belə ki, əmisinin icra başçısı təyin olunmasından istifadə edən Ruslan Fərəcov Sumqayıtdakı kafe və restoranlara NORF limonadlarının məcburi verilməsini təşkil edib. Bu isə sok və şirələrin bazarına təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, Azərbaycanda bu sahənin fövqəlnazir kimi ciddi monopolistləri var onda NORF-un xəmiri Sumqayıtda hələ çox su aparacaq…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34193

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031