Ali Hərbi Məktəbdə Avtobus Maxinasiyası

22.01.2014 - 00:52
Səfər Əbiyev dövlət büdcəsi hesabına nasaz avtobuslar alıb

 
Müdafiə Nazirliyinin daxili təhqiqat idarəsi tərəfindən Azərbaycan Ali
Hərbi Məktəbinin texniki parkının, xüsusilə də avtobuslarının durumu ilə
bağlı araşdırmalara başlanılıb. Bu barədə “Doktrina” Jurnalistlərin
Hərbi Araşdırmalar Mərkəzi məlumat verib. Mərkəzin hərbi mənbələrdən
aldığı məlumatda bildirilir ki, araşdırma ortada olan iri miqyaslı
yeyinti faktları ilə əlaqədardır.

Mənbə
bildirib ki, bir neçə il bundan öncə Səfər Əbiyevin göstərişi ilə
müdavimlərin, zabit heyətinin, müəllimlərin və texniki heyətin
daşınmasını həyata keçirən avtobusların köhnəlməsi əsas gətirilərək
onlar sıradan çıxarılıb. Daha sonra Əbiyevin tapşırığı ilə məktəbə yeni
avtobusların alındığı barədə məlumat olsa da, araşdırmalar nəticəsində
bəlli olub i, həmin avtobuslar Hərbi Məktəbə gətirilməzdən əvvəl
rəngsazlar tərəfindən rənglənib. Qısa müddətli istismardan sonra MDB-də
istehsal olunmuş həmin avtobuslarda texniki nasazlıqlar əmələ gəlməyə
başlayıb, hazırda onların böyük əksəriyyəti nasazdır. Sonradan bəlli
olub ki, işbazlar köhnə avtobusları Azərbaycan Ali Hərbi Məktəbinə təzə
adı ilə sənədləşdiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=3528

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930