Banklara əsir düşən vətəndaş

26.01.2014 - 12:04

Qubad İbadoğlu: “Yüngül şərtlər
və ağır ödəniş yükü ilə verilən kreditlər yoxsul təbəqə üçün deyil”

Qubad İbadoğlu: “Yüngül şərtlər
və ağır ödəniş yükü ilə verilən kreditlər yoxsul təbəqə üçün deyil”

 

Azərbaycan Mərkəzi Bankının əhaliyə təminatsız istehlak kreditlərinin
verilməsi ilə bağlı şərtləri sərtləşdirilməsi bankları ciddi narahat etməyə
başlayıb. AMB-in belə bir tələb irəli sürməsinin səbəbi portfeldə problemli
kreditləri yükünü azaltmaqdır. Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi
qaydaları”na dair yaydığı son məlumatını facebook səhifəsində şərh edən İqtisadi
Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu burada bir sıra diqqəti çəkən məqamın
olduğunu deyir.

İqtisadçının sözlərinə görə, yüngül şərtlər və ağır ödəniş yükü ilə
verilən kreditlər yoxsul təbəqə üçün deyil: “Lakin buna baxmayaraq son zamanlar
ailə büdcəsini idarəetməkdə çətinlik çəkənlərlə yanaşı, başqalarının
yaşayışında baş verən dəyişiklikləri və şirnikləşdirici reklamları müşahidə edərək,
özünün deyil, özgəsinin hesabına zəngin yaşamaq üçün banklara və qeyri-bank
kredit təşkilatların müraciət edənlərin sayı artmaqdadır. Hətta bəziləri özünün
doğum gününü qeyd etmək, xaricə istirahət səfərinə getmək üçün də bahalı
kreditlərə müraciət edirlər. Artıq bəzi banklar yenidən maliyyələşdirmə adı
altında müştərilərinə digər banklara olan borclarını qaytarmaq üçün daha sərfəli
şərtlərlə kreditlər vəd edirlər. Borclarını qaytara bilməyənlər isə başqa
banklara və şəxslərə olan borlarını qaytarmaq üçün onlara üz tuturlar. Təbii
ki, bu halda Mərkəz Bankda yaranmış narahatlığı başa düşmək lazımdır. Həqiqətən
də, əsasən, qisa müddətli istehlaka yönələn bahalı kreditlər maliyyə
hesabatları və kredit tarixlərinə əsaslanmadan ayrıldıqda risklər getdikcə
artır və kütləviləşir. Əslində, belə təminatsız kreditlər daha əsaslı və
uzunmüddətli qiymətləndirmə sənədləri və informasiyalarına istinadən
ayrılmalıdır.

“Mərkəz Bankın ötən ilin dekabr ayına olan son məlumatına görə,
hazırda Azərbaycanda cəmi kredit qoyuluşları 15 milyard 245 milyon manatdan çox
olub ki, onun da 34.2 faizi Beynəlxalq Bankın payına düşür. Eyni zamanda bank məlumat
verir ki, vaxtı keçmiş kreditlər 795 milyon manat və ya 1 milyard dollardan
çoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=3673

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031