Cahangir Hacıyev “Bandotdel”də dindirilir – Bütün komandasını satır

16.11.2015 - 02:05

cahangirhaciAzərbaycan Beynəlxalq Bankının (ABB) sabiq prezidenti Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində (“Bandotdel”) dindirilir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat verilib. Məlumata görə, müstəntiqlər C.Hacıyevi qaytarılmayan çoxmilyardlıq kreditlər məsələsinə görə sorğu-sual edir.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası olan C.Hacıyev istintaq tərəfindən əvvəl də dindirilib. Lakin bu sorğu-sual son vaxtlar intensivləşib. ABB-in sabiq rəhbəri indi az qala hər gün bir neçə saatını “Bandotdel”də keçirməli olur. “Böyük ehtimalla Hacıyevin həbsi qaçılmaz olacaq” – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, C.Hacıyev istintaq zamanı bütün günahları öz keçmiş həmkarlarının və tərəfdaşlarının üstünə yıxmağa çalışır. İnformasiyaya görə, ABB-in sabiq prezidenti adına çoxmilyonlu kreditlər sənədləşdirilmiş, lakin bu pulu ala bilməmiş biznesmenlərin əleyhinə də ifadələr verib. C.Hacıyev bildirib ki, bu pulları həmin iş adamları mənimsəyiblər, indi də banka qaytarmaq istəmirlər.

Lakin istintaq hesab edir ki, o pulları bankdan C.Hacıyev özü çıxarıb. Yəni pulları müxtəlif biznesmenlərə verilən kredit kimi sənədləşdirib, sonra da həmin vəsait tamamilə başqa məqsəd və istiqamətlərə yönəldilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=39199

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930