İlham Əliyevin yeni baş nazir və yeni spiker planı

23.11.2015 - 00:56

ilham7Hoyabrın 24-də Konstitusiya Məhkəməsi bu ayın 1-də keçirilən parlament seçkilərinin nəticələrinə baxacaq. Həftənin sonunda isə Milli Məclisin ilk iclası keçiriləcək. ilk iclasda Milli Məclisə spiker seçiləcək. Bununla bağlı istiqlal.az-a daxil olan məlumata görə, bu postu növbəti beş ildə də Oqtay Əsədovun tutacağı qəti deyil. Məlumata görə, bu dəfə Oqtay Əsədovu başqa şəxs əvəzləyə bilər. Bildirilir ki, yeni spiker qanunvericilik sahəsində təcrübəsi olan nisbətən gənc deputatlardan biri ola bilər.

İlk iclasda prezident İlham Əliyevin iştirak edəcəyi və yeni baş nazirin parlamentə təqdim ediləcəyi də gələn məlumatlar sırasındadır. Yeni baş nazirin konkret kim olacağı hələlik bəlli deyil. Lakin Artur Rəsizadəni əvəzləyəcək şəxsin gənc texnokratlar arasından seçiləcəyi, nəzərdə tutulan iqtisadi islahatlara birbaşa rəhbərlik edəcəyi deyilir.

Məlumatlara görə, yeni baş nazirin təyinatından sonra milli təhlükəsizlik və rabitə nazirlkilərinin də rəhbərliyi bəlli olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=40432

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728