İlham Pirməmmədov rektorluq davasında – əsas rəqib kimdir?

25.11.2015 - 00:20

ilhampirmemmedovAzərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru Aqiyə Naxçıvanlının deputat seçilməsiylə bağlı rektorluqdan getməsinin ardından onun yerinə kimin gətiriləcəyi təkcə AMİ-də və ölkənin təhsil ictimaiyyətində deyil, bütövlükdə cəmiyyətdə diqqətlə izlənilir.

Bu arada Azərbaycan Müəllimlər İnstitutunun dəftərxana müdiri, əvvəllər həmin institutda metodist işləmiş İsmayılov Eldəniz Əşrəf oğlunun intihar etməsi də vəziyyətə əlavə rəng qatıb və Aqiyyə Naxçıvanlının gedişi heç də yaxşı sonluqla müşayət olunmayıb. Xatırladaq ki, bir neçə gün bundan əvvəl Nərimanov rayon sakini, 1951-ci il təvəllüdlü Eldəniz İsmayılov intihar edib və faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır. Məlumatlara görə, onun yaxın ətrafı, xüsusilə Müəllimlər İnstitutunun əməkdaşları intihar faktı ilə əlaqədar ifadə vermək üçün DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırılır. Buna səbəb kimi isə İsmayılov Eldəniz Əşrəf oğlunun adının Müəllimlər İnstitutu ətrafında yaranmış saxta diplom qalmaqalı ilə bağlı sözügedən idarədə aparılan araşdırmada hallanması göstərilir.

Diqqətçəkən bir məqam AMİ rəhbərliyinin başı istintaqda ifadə verməyə qarışsa da, rektor kürsüsü uğrunda ölüm-dirim savaşı aparanların çoxluğudur. İddialara görə, adı bir çox qalmaqallarda hallanan AMİ Zaqatala Filialının direktoru Orucəli Rzayev Aqiyyə Naxçıvanlının rektor qoltuğuna göz dikib. Özü də təkcə göz dikməyib, bütün imkanlarını və əlaqələrini səfərbər edərək bu posta təyinatına xeyir-dua almaq istəyir. Amma zədələnmiş reputasiyası və təhsil naziri Mikayıl Cabbarovun yanında gözükölgəli olması onun şanslarını minimuma endirib. Başqa bir məlumata görə, Aqiyyə Naxçıvanlının yerinə ən real namizəd kimi keçmiş deputat Leyla Abdullayevanın adı hallanır. Xatırladaq ki, ötən parlament seçkilərində Leyla Abdullayeva 41 saylı Sumqayıt I Seçki Dairəsindən deputatlıq mandatı qazansa da, bu ilki marafonda onun yerinə Mirzəcan Xəlilovun namizədliyi hakim partiya tərəfindən irəli sürülərək ona mandat verildi. Amma bəzi məlumatlara görə, hələ seçkilərdən əvvəl bununla bağlı razılaşma olduğu və Leyla Abdullayevanın deputat mandatından imtina etməsi qarşılığında ona AMİ rektorluğu vəd olunub.(moderator.az) Baş verənlərlə bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, boşalan rektor postlarina iddialılar içində ən fəal şəxs Təhsil Nazirinin müşaviri İlham Pirməmmədovdur. Belə ki, nazir müşaviri bir xeyli müddət idi ki, rektor olmaq üçün çalışırdı. Hətta hakimiyyətdəki adamları vasitəsi ilə bu arzusunu reallaşdırmağa da cəhd göstərmişdi. Artıq nazirlik səviyyəsində işləməyin mümkün olmadığının fərqinə varan Pirməmmədovun arzusunun reallaşması üçün isə rektor postlarından birinin boşalması lazım idi. Artıq həmin proses baş tutub və cumhuriyyet.az-a daxil olan məlumata görə, İlham Pirməmmədov artıq Azərbaycan Müəllimlər İnstitutunun rektoru olması üçün ilkin razılığını alıb. Lakin bunun üçün prezidentin sərəncam verməsi zəruridir. Ona görə də, nazirin müşaviri yaxın günləri üçün rektor təyinatı ala bilər.

Qeyd edək ki, İlham Pirməmmədovun adı indiyə qədər bir çox qalmaqallarda hallanıb. Məsələn, onun Orxan Kərimlinin həbsi zamanı qeyri-qanuni «tələbə köçürmələri» məsələsində adının hallanmasının ardından, AMİ-nin Gəncə və Qazax filiallarında üstü açılmış saxta diplom məsələsində də adı çəkilməyə başlamışdı. Bu azmış kimi, Pirməmmədovun əyalətlərdəki bütün kollec və peşə məktəblərinin «himayəçisi» kimi da tanındığı vurğulanırdı.Pirməmmədov əvvəlki kimi olmasa da, yenə də istədiyini edir. Belə ki, sabiq nazir Misir Mərdanovun 11 illik fəaliyyəti dövründə 65 min tələbə köçürülməsinin 54 minini nazirdən gizlin həyata keçirən İlham Pirməmmədov yenə də fərqli yollarla köçürmə biznesinə davam edir. Qeyd edək ki, hələ bir müddət öncə xəbər yayılmışdı ki, Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Pedoqoji Universiteti və s. Universitetlərə köçürmələr Misir Mərdanovun məktuba çəkdiyi imzadan sonra həyata keçirilərkən, İlham Pirməmmədov məktubun arxasında göstərilən qoşma vərəqlər yenidən əlavə olaraq xüsusi qaydada tərtib olunaraq siyahı süni şəkildə artırılırmış. Bundan sonra 1-ci mərtəbədə ümumi şöbədə qeydiyyata salınaraq, təcili qaydada tələbə köçürmələri həyata keçirilirmişdir. İlham Pirməmmədov aparat rəhbəri olaraq etibardan sui-istifadə edib bu yolla milyonlara sahib olub. Pirməmmədovun köhnə nazir dönəmindən ən böyük biznesi Türkiyədə “qara siyahı”ya alınan Fətullah Gülən şəbəkəsi ilə qurduğu əlaqələrdir. Belə ki, bu qrupun Nazirlikdəki məsələlərini həll etmək üçün bu dini qrupdan aylıq 10 min manat alan (bu pulun görünən işə aidiyyəti yoxdur. Görülən işin xərcləri ayrıca qarşılanır) Pirməmmədov qoruduğu kollec direktorlarından da hər ay 1000 manat, təhsil şöbə müdirlərindəndə isə hər ay 2000 min manat “haqq” aldığı iddia olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=40904

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31