Bakcell vətəndaşlara necə kələk gəlir? – FAKT

27.11.2015 - 01:32

bakcell2“Bakcell” mobil operatoru haqda şikayətlər səngimir. Ölkənin aparıcı mobil operatorlarından biri barəsində kütləvi narazılıqlar var. Bu dəfəki şikayət məktubunda abunəçi üzləşdiyi problemlə bağlı yazıb: “Deməli mən nömrəni oktyabrın 16-da Bakcell-in Sumqayıt şəhərində yerləşən rəsmi dilerlərinin birindən almışam. Nömrəmi aldıqda mənə Abunə Müqaviləsi təqdim olunmadı. Dilerdəki satıcı şəxsiyyət vəsiqəmin kserkopiyasını çıxardıb özündə saxladı və bildirdi ki, bizim dilerdə müqavilə verilmir və nömrəni şəxsiyyət vəsiqəsinin kserkopiyası vasitəsilə ada otuzdururuq.

Mən bununla bağlı elə nömrəmi aldığım günü 555 məlumat mərkəzinə şikayət etdim ki, nömrəni elə indicə almışam və Abunə Müqaviləsi verilməyib. Vüqar adlı operator çox arxayınlıqla və soyuqqanlılıqla problemimə yanaşdı. Bildirdi ki, biz bunu qeydə ala bilmərik. Yaxşı olardı ki, siz bununla bağlı 555@bakcell.com elektron poçt ünvanına müraciət edin.

Şikayətçi qeyd edib: “Mən də şikayətimi 555@bakcell.com elektron poçt ünvanına bildirdim və 40 gündür ki, dilernən bağlı heç bir ölçü götürülməyib. Üstəlik, Bakcell-də Sumqayıt şəhərində internetin sürəti, 3G şəbəkəsi bərbad vəziyyətdədir. Bakcell-in mobil danışıq və mobil internet tarifləri də bazarda çox bahalıdır.

Məsələn: Bütün mobil operatorlarda danışığın 1 dəqiqəsi 4-5 qəpikdən baha olmadığı halda, Bakcell-də şəbəxarici zənglərin 1 dəqiqəsi 9-12 qəpik arasında dəyişir ki, buda digər mobil operatorlarla müqayisədə 2-3 dəfə bahadır.

Bütün mobil operatorlarda 1GB internet paketi 5 manat olduğu halda, Bakcell-də 1GB internet 7 manatdır. Nəzərə alsaq ki, mobil operatorlar arasında Bakcell-dən bərbad xidmət göstərən mobil operator yoxdur, o zaman tariflərin 3 dəfə baha olması da əsassızdır”. Şirkətlə bağlı şikayətlərin sayı və həcmi çox olduğu üçün ardını növbəti dəfə təqdim edəcəyik. (vizual.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=41426

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31