Karxana mafiyası Cavid Qurbanova meydan oxudu: “Biz işimizi saxlayasi deyilik…”

30.11.2015 - 00:13

cavidqurbanBir neçə gün əvvəl Xaçmaz və Sabran ərazisindən keçən dəmir yol xəttinin Vəlvələ cay üzərindən keçən hissəsindən və həmin korpünün altindan keçən agir tonajli yük masinlari barədə məlumat vermişdik. “Karxana mafiyası Cavid Qurbanova qalib gəlir?” başlıqlı yazıda bildirmişdik ki, Xaçmaz və Şabran rayonları ərazisində yerləşən dəmir yolu xəttinin Vəlvələ çayı üstündən keçən hissəsində əsaslı təmirdən sonra körpünün alt hissəsindən ağir tonnajlı yük maşınlarının kecməsinə icazə verilmirdi. Bu ərazidə olan cumhuriyyet.az əməkdaşı müşahidə edib ki, hal hazirda həmin keçiddən gün ərzində 20-yə yaxın ağir yük maşınları daş karxanasına daş daşyir. Bu proses isə yeni təmir olunmuş və strateji əhəmiyyətli körpünü, demək həm də dəmir yol xəttini qəzalı vəziyyətə salir.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxladıq. O bildirdi ki, həmin ərazidən yük maşınlarının keçməsinə icazə verilməyib, yalnız yaxınlıqda yerləşən kəndlərin minik aftomobillərinə keçid üçün icazə verilib. N.Əzməmmədov problemin həll olunacağını bildirdi. Biz də öz növbəmizdə məsələni diqqətdə saxlayacağımızı anons etmişdik.
Xatırladaq ki, “AZƏRBAYCAN DƏMİR YOLLARİ” QSC-nin mətbuat xidməti problemin həll olunacağını bildirmişdi. Amma problem həll olunmadı və Nadir Əzmemmədovla əlaqə saxlamaq istəsək də zənglərimiz cavabsiz qaldi. Problemi diqqətdə saxlayaraq cumhuriyyet.az əməkdaşı daş karxanasının sahibi ilə əlaqə saxladiqda isə o gördükləri işlərin qanuni olduğunu iddia etdi: “Həmin Dəmir Yol xəttinin altindan keçidə rəsmi icazəmiz var və heç kim bu məsələyə qarişmasin. Biz işimizi saxlayasi deyilik, lazimdirsa dəmir yol polisi bu məsələ ile maraqlanardi”. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq araşdırmamızda onu da öyrəndik ki,  həmin karxana hec bir MMC-yə məxsus deyil və  Xaçmaz rayon Su borulari üçün isleyir.

rr t yy uu ii oo

Short URL: http://www.cumhuriyyet.net/?p=41731

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31