Azərbaycanın şərəf tarixi:Elçibəy hakimiyyəti

01.02.2016 - 01:41

Hüquq müdafiəçisi 1 illik Elçibəy hakimiyyətindən yazdı…

Elcibey

Eçibey

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev öz Facebook səhifəsində son zamanların aktual mövzularından olan AXC- Musavat hakimiyyəti barədə öz fikirlərini paylaşıb. Statusu təqdim edirik;
“1 illik “AXC- Musavat hakimiyyəti” (əslində bu hakimiyyət xalq tərəfindən seçilmiş demokratik, Milli Hakimiyyət idi- red.) dövründə;
– Qarabağ qazisi bir tikə çörək və haqsızlıq ucbatından özünü yandırıb intihar etmirdi. Ona böyük sevgi və diqqət var idi.
– Erməniyə güllə atanlar şərlənib həbsxanaya salınmır, qətlə yetirilmirdi;
– Heç bir nazir, idarə rəisi, icra başçısı və s. vəzifəyə rüşvətlə təyin olunmurdu;
– Xalqımıza divan tutmaq üçün 20 yanvarda rus qoşunlarını Bakıya çağıranlar, müstəqilliyimizin əleyhinə olanlar, ailəsində erməni saxlayanlar hakimiyyətin yuxarı başında oturub dövləti idarə etmirdilər;
– Ölkədən 40 milyard manat vəsait naməlum şəkildə oğurlanıb ofşar zonalara çıxarılmırdı;
– Neft gəlirlərindən əldə olunan 140 milyard manat vəsaitin əhəmiyyətli hissəsi mənimsənilib dağıdılmırdı. Əksinə, o zaman boşalmış büdcəyə kömək üçün xalqın dəstəyi ilə Dövlət Ləl- Cəvahirət Fondu yaradıldı;
– Ölkənin yeraltı və yerüstü sərvətləri bir qrupun, zümrənin, ailənin şəxsi mülki deyildi. Tayfabazlıq və yerlibazlıq qeyri- rəsmi dövlət siyasətinə çevrilməmişdi.
– Dövlət siyasəti millətə hizmət və sevgi üzərində qurulmuşdu, nifrət və kin üzərində yox;
– Televiziyalar vətənpərvərliyi, milli mənəvi dəyərləri təbliğ edirdi, yalanı, yaltaqlığı, yüngül həyat tərzini yox;
– Vətəndaş cəmiyyəti, azad mətbuat sıradan çıxarılıb, televiziyalar müxalifətin, fərqli düşüncə sahiblərinin üzünə bağlanmırdı;
– Təhsilimiz, səhiyyəmiz, ordumuz, milli- mənəvi dəyərlərimiz bərbad hala salınmırdı;
– Gənclərimiz təhsil dalınca Dağıstana, xəstələrimiz müalicə üçün İrana, qadınlarımız ehtiyac ucbatından Dubaya getmirdilər;
– Deputat mandatı 1 milyon manata satılmırdı;
– Seçkinin taleyini tumanında bülleten gizlədən Diləfruzlar həll etmirdi;
– Milli Təhlükəsizlik Nazirliyi işgəncə, adam oğurlama, öldürmə, reketçilik yuvasına çevrilmirdi;
– Yazdığı yazıya görə jurnalisti şərləyib həbsə atmaq, ya da evinin girişində ağzından güllə ilə vurub öldürmürdülər;
– Siyasi baxışlarına görə ölkə həbsxanalarında 100- dən çox siyasi məhbus yox idi;
– Tənqidi çıxışlarına görə ahıl qadını, ağsaqqalı, məktəbli gənci qandallayıb həbs etmirdilər;
– Ataya görə övlada, qardaşa görə digər qardaşa cəza verib həbsə atmaq, qohumu qohumdan imtinaya məcbur etmirdilər;
– Korrupsiyanın səviyyəsinə, gizli iqtisadiyyatın mövcudluğuna, insan haqlarının tapdanmasına, monopoliyanın həcminə görə ölkəmizi beynəlxalq təşkilatların reytinq cədvəlində qara siyahıya salıb biabr etmirdilər;
– Ən nəhayət cəhbəçilər görməmiş kimi, zəli kimi vəzifədən beşəlli yapışmadılar, hakimiyyətlərini oğullarına buraxmadılar.
Bu siyahını uzatmaq olar…
Əksinə, 1 illik “AXC- Musavat hakimiyyəti” dövründə qısa zamanda Milli Ordu quruculuğuna başlanıldı, Ordumuz Xankəndinin bir neçə kilometrliyinə qədər irəliləyib topraqlarımızı işğaldan azad etdi. Təhsildə inqilabi dəyişiklik edilərək test sistemi tətbiq olundu, rüşvət yığışdırıldı. İşğalçı rus qoşunları ölkəmizdən çıxarıldı, korrupsiya minumuma endirildi. Boşalmış büdcə doldurulmağa, müəllimlərin, pensiyaçıların, tələbələrin aylarla yığılıb qalmış məvacibləri verilməyə başlanıldı və qısa zamanda 2 dəfə artırıldı. Milli valyutamız çap olundu, müvafiq dövlət qurumları yaradıldı. Yüzlərlə azad media qurumu, ictimai təşkilatlar, siyasi partiyalar təsis olundu və qeydiyyatdan keçdi. Heç bir basqı olmadan hakimiyyət onların normal fəaliyyət göstərməsinə şərait yaratdı. Ölkədə çoxpartiyalı sistem əsasında parlament seçkilərinin keçirilməsi üçün qanun layihəsi, Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün beynəlxalq qurumlarla imzalanacaq indikindən daha sərfəli neft müqaviləsinin ilkin variantı razılşadı və hazırlandı. Torpaqlarımızın işğal faktı BMT səviyyəsində tanınaraq məlum qətnamələr qəbul olundu…
Bu siyahını da uzatmaq olar… Məhz 1 illik AXC- Musavat hakimiyyəti ugursuzluqlarına görə deyil, qısa zamanda əldə etdiyi ugurlara görə yerli satqınların və xarici düşmənlərimizin iş birliyi ilə məlum 4 iyun Gəncə qiyamı ilə silahlı üsyan yolu ilə devrildi…
İndi siz söyləyin; bu hərəkətlərin hansı biabırçılıqdr?”

Short URL: http://www.cumhuriyyet.net/?p=52200

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728