Akif Çovdarovun DYP-də kilid adamı Müşfiq Rəhimov: 200 minlik hədiyyə, otel və … – VİDEO

09.03.2016 - 10:10

rrMTN işi çözüldükcə, bu nazirliyin çətiri altında gizlənən mafiyanın digər dövlət qurumları içərisindəki əlaqələri də ifşa olmaqdadır. Eldar Mahmudovun liderlik etdiyi, Akif Çovdarovun əsas füqur olduğu şəbəkənin Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi müavini Müşfiq Rəhimovun geniş biznesi olmaqla yanaşı, həm də bu şəbəkə ilə ciddi əlaqələri olub.
Məlumatda qeyd olunur ki, şöbə rəisinin müavini ilə generalın birlikdə nömrə biznesi də olub. Əsasən də MTN işçilərinin istəyinə uyğun olan nömrə nişanlarını əldə etmək və baha qiymətə satmaq sahəsində sövdələşmələri mövcud imiş.
Qeyd edilir ki, Rəhimov hazırda həbsdə olan və bir sıra ağır cinayətlərdə ittiham olunan MTN generalına geniş imtiyazlar tanıyıb. Onun xeyli sayda maşınlarına dəyəri hazırda 50-60 min manat olan nömrələr hədiyyə edib. Əvəzində isə nazirlik işçilərinə və ya onlara bağlı adamlara dəyərindən bir qədər artıq nömrələr satıblar.
Düzdür, Müşfiq Rəhimovla MTN zabitini birləşdirən əlaqələrlə bağlı başqa iddialar da var. Hərçənd bu iddiaların doğru olub, olmadığını araşdırmaq qeyri-mümkündür. Məsələn, həmin iddialara görə, Müşfiq Rəhimov MTN-ə gətiriləcəyi nəzərdə tutulan iş adamının avtomobillərinin nömrələri və markaları barədə generala müfəssəl məlumatlar verib.
Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsində dövlət nömrə nişanlarının şıdırğı alverinin getdiyini bilməyən yoxdur. BDYPİ-də nömrə alverini məhz sözügedən idarənin şöbə rəisinin müavini Müşfiq Rəhimov həyata keçirir. O açdığı bu bazarda cüt nömrələri məmur uşaqlarını və ya imkanlı şəxslərə böyük rüşvət müqabilində edir. Təbii ki, hər nömrənin də öz qiyməti var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 50 min manata qədər ola bilir..
Verilən məlumatda vurğulanır ki, həbsdə olan general hətta Rəhimovu mətbuatdan qorumaq missiyasını da üzərinə götürübmüş. Belə ki, şöbə rəisinin müavinin adı məhz bu səbəbdən uzun illər mediada ümumiyyətlə çəkilməyib. Onunla bağlı yazı yazan mətbuat orqanları isə müxtəlif yollarla susdurlub.
Bunun qarşılığında Müşfiq Rəhimovun Akif Çovdarova 250 min dollarlıq brilliant gül bağışladığı da bildirilir. Qeyd olunur ki, nadir hədiyyələri o, İsraildən gətirir. Eyni zamanda sahibi olduğu 1 milyon dollarlıq “Xəzər Palace” restoranında da bəzi bəzək əşyalarının da həmin ölkədən gətirdiyi vurğulanır.
Onu da qeyd edək ki, M.Rəhimov qanuni oğru Rövşən Lənkəranskinin qohumudur. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İmtahan Qeydiyyatı şöbəsinin rəisi Müşfiq Rəhimov etdiyi qanunsuz əməllərə rəğmən, uzunmüddətdir vəzifə başında qalmağı bacarıb. Onun vəzifə başında qalmasını şərtləndirən əsas cəhət özünün iddia etdiyi şəkildə dediyi sözlərdə gizlənib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Rəhimov bir müddət əvvəl özünə yaxın bildiyi adamların yanında deyib ki, postunda qalmasının əsas səbəbi vaxtlı vaxtında onu himayə edən generallardan birinə hədiyyə verməsidir. Məlumatda deyilir ki, şöbə rəisinin iddiasına görə, o, hər il sözügedən generala dəyəri 180 min manat (məlumat devalivasiyadan öncəyə aid olduğu üçün bu rəqəm 250 min dollar civarındadır-red.) olan brilliant gül bağışlayır. Və bu səbəbdən də postunda qalır. Qeyd edək ki, həmin generalın adı bizə məlumdur və etika xatirinə açıqlamırıq. Məlumata görə, Rəhimov bu nadir hədiyyələri İsraildən gətizdirir və nömrə satışından əldə etdiyi pullarla əldə edir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=52640

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930