Azərbaycan futbolunda Abdulbari Gozal – Rövnəq Abdullayev tandeminin təxribatı

09.02.2016 - 23:40

abdulbariAzərbaycan Premyer Liqasının son turunda baş tutan “Qarabağ” – “Xəzər-Lənkəran” oyununda qarabağlı fanatların meydana limon ataraq cənublu qonaqlara qarşı təhqirlər etməsi sosial şəbəkələrdə ciddi müzakirə mövzusu oldu. Bu “Qarabağ” rəhbərliyinə bağlı “İmarət” azarkeş qurumunun cənublulara qarşı ilk təhqiri olmasa da, əvvəlki olaylardan fəqli olaraq son hadisənin öz tərəflərindən edildiyi etiraf edildi. Biz cumhuriyyet.az olaraq baş verənlər ətrafında müəyyən araşdırmalar apardıq. Nəticələr ilgincdir…
Balıq başdan iylənər…
Məlum məsələlərə görə hər kəsin həssaslıqla yanaşdığı bir klubun milli olaylarda adının hallanması və daha sonra bu hərəkətin sadəcə təsadüf nəticəsində edilməsi haqqında verilən açıqlamalar daha çox sual yaradır. Stadiona limondan başqa bir əşya da atıla bilərdi, amma hər kəs yaxşı bilir ki, afrikalıya atılan banan hansı mənanı verirsə, lənkəranlı birinə atılan limon da o mənanı verir. Olaylarda adı hallanan “İmarət” fanklubunun bəyanat verərək stadiona limon atan azarkeşlərin fanklubdan həmişəlik yox, müvəqqəti uzalşdırıldığını deməsi və fanklubu bu olayda öz səriştəsizliyini yox, bu hərəkəti qınayanları günahkar elan etməsi “Qarabağ” klub rəhbərliyinə bağlı fanklubun bu məsələdə nə dərəcədə tərəfli olmasını göstərir. Lakin “balıq başdan iylənər” deyimini əsas tutaraq məsələyə tək bir qrup azarkeşin yox, ümumi klubun sahiblərinin yanaşmasından baxmaq daha yaxşı olardı.
Gozal ailəsinin biznes tarixçəsi
Uzun illər “Qarabağ”a rəhbərlik etmiş və hazırda klubun fəxri prezidenti olan, dünya çapında “İntersun Holding” , Azərbaycanda “Azersun Holding” şirkətlər qrupunun sahibi kimi tanınan Abdulbari Gozal İranda kürd əsilli bir ailədə dünyaya göz açıb. Atasından aldığı biznesi inkişaf etdirən Abdulbari Gozəl 1979-cu il İran İslam İnqilabından sonra ölkədə böyük biznesindən tədricən məhrum oldu. İnqilabdan sonra şahı dəstəkləmiş bir-çox iş adamları kimi o da ölkədəki biznes maraqlarından əl çəkməyə məcbur oldu. Daha sonra Turqut Özalın xaişi ilə Türkiyədə, ardınca isə İraq, BƏƏ, Suriya, İordaniya kimi ölkələrdə biznesini inkişaf etdirdi.
“Qarabağ” klubu vizit-kart rolunda
1992-ci ildə Azərbaycan və Türkiyəyə də ayaq açan kürd əsilli iş adamı Dubayda özünün ən böyük “İntersun Holding” adlı şirkətlər qrupunu yaratdı. 2001-ci ildən isə “Qarabağ”ı himayəyə götürdü. Məhz “Qarabağ”a sahibləndikdən sonra tədricən özünə nüfuz qazanan və “Qarabağ”ı ailə klubuna çevirən iş adamı 2004-cü ildən ölkədəki bir-çox layihələrə əl qoymağa, öz nüfuzunu genişləndirməyə çalışdı. Abdulbari Gozalin gördüyü işlər ilk baxışdan xoş təsir bağışlasa da, sahib olduğu şirkətlərdə vəzifələri öz qohumları arasında bölüşdürən sahibkarın sirr pərdəsinin aralanması çox çəkmədi.
“Azərsun” və Abdulbari Gozal adına qalmaqallar: PKK-dan Ermənistanadək…
2007-ci ilin dekabr ayında Rusiya Fedarasiyası Daxili İşlər Nazirliyi Azərbaycan üzərindən Dağıstana şübhəli ticarət əlaqələri ilə yük daşıyan “Firuz” adlı şirkət haqda məlumatlar açıqladı. Şirkət tranzit daşımalarını Rusiya ərazisində satmaqda günahlandırıldı. Ən maraqlısı isə şirkətin “Azərsun Holding” tərəfindən yaradılması idi. Həmin ilin dekabr ayının 28-də “Azadlıq” qəzeti şirkətin azərbaycanda özəl fondlardan birinə pul köçürdüyünü və bu pullarla Türkiyədə PKK terror təşkilatına yardım edildiyi haqqında yazdı. Fond həmçinin kürd əsilli şəxslərin Azərbaycanda yüksək vəzifələrə gətirilməsi üçün rüşvət verməkdə ittiham olundu.
“Azərsun” tərəfindən uzun illər istehsal olunan “Final”, “Məryəm” markalı çaylar, Çindən idxal olunan elektrik cihazları son illərə qədər Bakıda fəaliyyət göstərən və kürd təşkilatlarına maliyyə yardımı edən “Cihan MMC” şirkəti tərəfindən istehsal olunan siqaretlər İrandakı kürd əsilli şəxslər tərəfindən İran üzərindən İraqdakı kürdlərin kompakt yaşadığı Dohuk, Süleymaniyyə və Kərkük şəhərlərinə, ordan da Türkiyədəki PKK düşərgələrinə daşınaraq üzərinə “Azərsun Holding istehsalıdır” yox, “Kürtsun Holding İstehsalıdır” yazılaraq buraxılıb.
Azərsun Ermənistan ilə olan ticarət əlaqələrini İranın Maku şəhərindəki “Nikan Tabaka” və “Pakan Tabaka” şirkətləri vasitəsi ilə qurur. Azərbaycanda kürdlərlə bağlı mübahisəli mövzular yaradan “Diplomat” qəzetinə də Azərsuna məxsus “Final” və “Teksun” şirkəti maddi dəstək verməkdədir. “Azərsun”la birlikdə fəaliyyət göstərən “Cihan MMC” şirkəti Rusiyanın Yaraslav şəhərində fəaliyyət göstərən “Avangard” adlı firmaya “Azərsun”a məxsus məhsulları satır. Şirkətlər arasında əldə olunan gəlirin bir qismi isə Ermənistanda yayımlanan “R’ya Teze” adlı qazetə maddi yardım göstərir. Bütün göstərilən faktlar Abdulbari Gözəlin öz biznesindən hansı məqsədlər üçün istifadə etdiyini aydınladır.
Vəhabilərlə işbirliyi, yaxud yeganə ağdamlı futbolçu “Qarabağ”dan niyə çıxarıldı?
2014-cü ilin aprelində Türkiyənin “Takvim” qəzeti maraqlı iddia ilə çıxış edərək Azərbaycana səfər edən Ərdoğanın prezident İlham Əliyev ilə görüşdə ona gizli siyahı verdiyini bildirdi. Maraqlıdır ki, Abdulbari Gozələ məxsus şirkətlər bu iddanın ardından PKK-ya göndərilən yardımları kəsməyə məcbur oldu. Olanların ardından Abdulbari gözəl İraq və Türkiyədə də nüfuzunu itirdiyindən qanunsuz biznes əlaqələrini ayaqda tutmaq üçün azərbaycandakı vəhabi radikal qruplaşmalara yardım etmək məsuliyyətini üzərinə götürdü.
“Qarabağ” klubundan həmişə öz məqsədlərinin təbliği üçün istifadə edən Gozal, bu dəfə klubda futbolçuları vəhabiləşdirməklə iş qurduğu insanların qarşısında nüfuz qazanmağa çalışdı. Azərbaycan mətbuatına sızan məlumatlarda həm də millimizin futbolçusu sayılan Qara Qarayevin “sındırılaraq” vəhabi edildiyi məlum oldu, onun maliyyə sıxıntısı çəkməsinə görə klubda qaldığı bildirildi. Qara Qarayevin son aylarda xarici klublardan birinə keçəcəyi gözlənilsə də bu baş tutmadı. Son günlərdə “Azərsun Holdinq”in qiymət artırmasına görə günahlandırıldığı bir vaxtda Qara Qarayevin müsahibələrinin birində “Azərbaycanda süni qiymət artımı edən iş adamlarına münasibətiniz necədir?” sualına “Süni qiymət artıranlar Allahdan qorxmurlar?” deyə cavab verməsi onun hələ də rəhbərliklə aralarında olan vəziyyətin yaxşı olmadığını və klubdan getməyə çalışdığını göstərir.
Digər müəmma isə uzun illər “Qarabağ”ın formasını geyən və klubda yeganə ağdamlı futbolçu olmuş Vüqar Nadirovun ötən mövsüm klubu tərk etməsi oldu. Mətbuatda gəzən söhbətlərdə Nadirovun vəhabiliyi qəbul etmədiyinə görə klubdan müxtəlif bəhanələrlə sıxışdılıdığı məlum oldu. Sonda yola gəlməyən Nadirova aşağı maaş təklif olunduğu və futbolçunun buna razı olmadığı bildirildi. Nadirovun klubdan göndərilməsi klub azarkeşləri tərəfindən xoş qarşılanmasa da, rəhbərliyin düşüncələri başqa idi.
Rövnəq Abdullayevə bağlı TV təxribatı
“Azərsun Holdinq”lə bağlı müəmmalardan biri də Eldar Mahmudovla bağlıdır. Sabiq MTN “şef”inin həbsinə qədər bu şirkətlər qurupu yalnız media tərəfindən ittiham olunsa da, həbsdən sonra millət vəkili Zahid Oruc və Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev açıq şəkildə şirkəti və rəhbərini ittiham etdi.
Lakin onun ünvanına səslənən ittihamlar tam sərrast olmadığından iş adamının arxasında daha bir böyük gücün dayandığını başa düşmək çətin deyil.
Daha çox danışıq qabiliyyətinin olmaması ilə gündəmdə olan AFFA və SOCAR rəhbəri Rövnəq Abdullayev dəfələrlə Abdulbari Gozəllə iş biriliyində olub. Bu iş birliyi özünü dövlət dəstəyi ilə tikilən və guya “Azərsun Holdinq”in də dəstək verdiyi “Park Bulvar” ticarət və əyləncə mərkəzi, “Heydər Əliyev” mərkəzi, “Şahdağ Turizm Kompleksi”nin tikintisində göstərdi, daha sonrakı futbol əlaqələrində daha da genişləndi.
İllər boyu “Neftçi”də çikli pul yumaqla məşğul olan Rövnəq Abdullayevin komandası klubdan qovuldu. Çingiz Abdullayevin “Neftçi”yə sahiblənməsindən sonra Rövnəq Abdullayev öz istəklərini “Qarabağ” vasitəsi ilə yerinə yetirməyə başladı. Klublar arasındakı sağlam rəqabəti qırmaqla 3 il “Neftçi”nin çempion olmasını təmin edən və futbolumuzun “uğurlar”ını bu komanda üzərindən göstərən Abdullayev hazırda “Qarabağ”da Abdulbari Gözəlin əli ilə eyni siyasəti yürütməkdədir.
Nəyə görə “Xəzər Lənkəran”?  Yaxud, təxribatların pərdəarxası…
Maraqlıdır ki, daima lənkəranlı fanatlara qarşı təxribatlar törədən keçmiş “Neftçi” rəhbərliyi yenisi ilə əvəzləndikdən sonra bu təxribatlar “Qarabağ” üzərindən edilməyə başladı. Azərbaycanın iki həssas regionunu təmsil edən klubların arasında yaradılan mübahisələrin əvvəl-axır etnik zəminə daşınacağı gözlənilən idi və bu son həftədə baş verdi. Məlum hadisənin baş verdiyi “Qarabağ” – “Xəzər-Lənkəran” matçını canlı yayımlayan və dolayı yollarla Rövnəq Abdullayevə məxsus olduğu bilinən “CBC Sport” kanalı meydana atılan yad əşyanı (limonu) böyük planda, nümayişkəranə şəkildə göstərdi. Halbuki Azərbaycan futbolunu izləyən hər bir kəs bilir ki, nə “İdman Azərbaycan”, nə də “CBC Sport” kanalında meydana atılan yad əşyanın böyük planda göstərilməsi baş verməyib. AFFA daima tamaşaçılardan futbol matçlarında baş verən neqativ hadisələri gizlətməyə çalışıb. Amma bu dəfə belə olmadı. Meydana atılan yad əşya “reklam olundu”. Sosial şəbəkələrdə az müzakirə olunan mövzu isə “İmarət” fanklubunun bu hərəkəti öz üzərinə götürməsindən sonra daha da geniş yayıldı.
“İmarət” fanklubu arada sakitlik yaratmaq əvəzinə məsuliyyəti üstünə götürməklə və buna görə üzr istəməməklə sanki “Biz etmişik, əcəb etmişik” şəklində qıcıq yaratdı və daha bir gün gözlədikdən, mövzunun etnik zəminə gəlməsindən sonra onları qınayanları günahkar çıxardaraq və hadisəni edən azarkeşləri həmişəlik yox, müvəqqəti uzaqlaşdırdıqlarını bildirərək mövzunu tamam başqa səmtə yönəltdi.
“İmarət” fanklubunun 3 ildən artıqdır ki, klubun maliyyə dəstəyi ilə saxlanıldığı, fanklubdakı bəzi şəxslər tərəfindən klubdan gələn əmrlərlə idarə olunduğu tərəfimizə məlumdur. “Qarabağ” rəhbərliyi eynən keçmiş “Neftçi” rəhbərliyinin üsulları ilə fanklubdakı bəzi azarkeşləri ələ alaraq AFFA-nın göstərişlərini yerinə yetirir və etnik zəmində mübahisələr yaradaraq öz məqsədləri üçün çalışırlar. Çox təəssüf ki, məsələ hər bir azərbaycanlının həssas yanaşdığı “Qarabağ” klubu üzərindən çirkli şəkildə aparılır.
Hədəfdə “Xəzər Lənkəran”ın olması isə, hazırda ölkədə ən böyük azarkeş qüvvəsinin bu klubda olması və çempionatda baş verən haqsızlıqların vaxtaşırı azarkeşlərin timsalında müzakirə mövzusu olmasıdır. Vaxtı ilə “Şəmkir”, “Gəncə” kimi böyük azarkeşlərə məxsus klubların dağıdılması da eyni səbəblər üzündən olub. Çirkli işləri yerinə yetirmək üçün mütləq şəkildə bunu kifayət qədər az insana göstərmək lazımdır. Bu səbəbdən Rövnəq Abdullayev və onun komandası illər boyu azarkeşlərlə zəngin bölgələrdə futbolun inkişaf etməməsi, klubların dağıdılması üçün səylər göstərib. Əvəzində isə ARDNŞ-yə bağlı bölgə klublarını “bölgələrdə futbola dəstək” adıyla “pul yumaq” maşınına çeviriblər. Klubları yaradıb, çirkli pulları yuyub və dağıdıblar. Klublar üzərindən çirkli pulların yuyulmasını asanlaşdıran daha bir səbəb isə AFFA və klubların şəffaf maliyyə hesabatı təqdim etməməsidir. Bu haqda həm AFFA səlahiyyətliləri, həm də futbolçular tərəfindən dəfələrlə etiraflar olub. Amma təəssüflər olsun ki, bir qrup insanın maliyyə və etnik maraqları belə faktların aydınlığa qovuşmasının qarşısını alır.

Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=52896

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930