”Şakro kürd”ü azərbaycanlı satmayıb-”Lənkəranski” onun düşmənidirmi?

15.07.2016 - 15:09

rrrrZaxari Kalaşava qarşı guya ifadə verən sirli Həmidovun Azərbaycana heç bir aidiyyəti yoxdur; Federal Təhlükəsizlik Xidməti DİN sistemində cinayətkar aləmlə “birləşmiş” dəstə ilə bağlı araşdırma aparır

İyulun 13-də Moskvanın Tver Rayon Məhkəməsinin iki aylıq həbs qərarı verdiyi “Şakro kürd” (“Molodoy”) kimi tanınan “qanuni oğru” Zaxari Kalaşovun azərbaycanlı avtoritetlərlə münasibətləri, hətta onların “tacı”nın alması, eləcə də onu azərbaycanlı “Həmidov”un ələ verməsi barədə xəbərlər Azərbaycan KİV-lərində də yer almaqdadır.

Rusiyanın “kriminal marşalı” hesab olunan, amma rəsmi yazışmalarda daha çox iş adamı kimi tanınan “Şakro”nun bir cinayət işi ilə bağlı 7 ay sonra tutulması haqlı suallar doğurur ki, bu barədə ötən sayımızda qeyd etmişik. Rusiya KİV-ləri hər gün “Şakro”nun həbsi ilə bağlı geniş materiallar dərc edir, telekanallar onun keçmişi, biznes əlaqələri, dəbdəbəli evinin qiyməti ilə bağlı süjetlər verir. Rusiya mətbuatı yazır ki, “Şakro”nun həbsi Rusiyanın DİN sistemində geniş antikorrupsiya əməliyyatına çevrilə bilər.

Xəbər verdiyimiz kimi, bu iş üzrə Odinsov Rayon Cinayət Axtarış Şöbəsinin əməliyyatçısı İldar Şakirov,sahə müvəkkili Rinat Zinatullin hələ yanvar ayında həbs edilib. Onlar “Şakro”nun əməllərini ört-basdır etməkdə günahlandırılır. Bir neçə gün əvvəl isə “qanuni oğru” ilə əlaqələrinə görə yüksək rütbəli zabit Yevgeni Çijikov həbsə alınıb. “Rosbalt”ın məlumatına görə, Federal Təhlükəsizlik Xidməti DİN sistemində cinayətkar aləmlə “birləşmiş” dəstə ilə bağlı araşdırma aparır və həbslər daha da genişlənəcək.

Restorandakı atışmaya görə həbsdə olan “İtaliyan” ləqəbli Andrey Koçuykovun iyunun 14-də azadlığa buraxılmasını təşkil edənlərin də çevrəsi artıq müəyyənləşdirilib. Yəni “Şakro”nun həbsinin təşkili onun “təmizlik apardığı” kriminal aləmdəki düşmənlərinin işinə oxşamır. Bu, artıq miqyaslı bir əməliyyatın ilk pərdəsidir və davamı olacaq. Həm kriminal aləmdə yeni həbslər, həm də onları himayə edən hüquq-mühafizə orqanları sırasında…
İndi gələk, “Şakro” işində azərbaycanlıların adının hallanmasına. Bildirilir ki, “Şakro Molodoy”a qarşı ifadə verənlərdən biri Həmidov soyadlı azərbaycanlıdır. Həmidov soyadlı dedikləri Qarson Həmidovdur. O, Azərbaycanda yox, Dərbənddə anadan olub. O, ötən ilin dekabrında basqın edilən “Elements” restoranında sadə mühəndis işləyib. Qarson restoranda təmir smetası və ustaların işə cəlb olunmasına görəvli olub. İllərdir ki, o, Moskvada məhz bu işlərlə məşğul olurmuş. Onun ailəsi də hazırda Dərbənddə yaşayır, iki azyaşlı uşağı var. O, cinayət işində şahid kimi tanınıb. Amma iyulun 15-də gözlənilmədən “Elements”in sahibəsi Janna Kim onun haqda da şikayət verib ki, guya Həmidov da ondan zorla pul almaq istəyirmiş. Onu iş yoldaşı olan bir özbəklə birgə tutublar. Onun atası Süleyman Həmidov nəfəs yolları aparatlarının tanınmış ixtiraçısıdır, anası Saniyət Cəbrayılova isə elmlər namizədidir. Onu həbsdən buraxılması barədə hələ ki, dəqiq bilgi yoxdur. Göründüyü kimi, Həmidovun azərbaycanlı olması və “Şakro”nun həbsinin guya onun istintaqla əməkdaşlığı sayəsində baş verdiyinə dair heç bir dəlil yoxdur. Qarsonun və Həmidovların milliyyətcə azərbaycanlı deyil. Onun avar və ya digər Dağıstanda yaşayan digər millətlərdən birinin nümayəndəsi olduğu daha realdır.

Daha bir təsdiqlənməmiş məlumat “Şakro”nun azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) titulunu alması və ya ona ölüm hökmü çıxarması barədədir. “Yeni Müsavat” “Lənkəranski”nin adının alınması barədə Rusiya KİV-lərində və kriminaldan yazan saytlarında hər hansı bilgiyə rast gəlməyib. Mümkündür ki, bu iddialar “Şakro” azadlığa çıxdıqdan sonra guya Ermənistanda baş tutmuş “sxodka”dan (“oğru toplaqntısı”) sonra yayılmış dezinformasiyadan gedir. Çünki Ermənistanda nə belə toplantı, nə də “Lənkəranski”nin “qanuni oğru”nun adının dayandırılması barədə qərar olub. “Şakro” nun bir neçə belə qərar verib. Pulla, hətta bir gün həbsdə yatmayanlara “oğru” adı verilməsinə qarşı çıxıb və bir neçəsinin adını geri alıb. Bu səbəbdən də son aylar böyük bir ordu ilə gəzirmiş. Ölüm hökmünə gəlincə “Ded Xasan” klanın belə bir qərar verməsi barədə hələ əvvəllər də yazılıb. Amma bunun altına imza qoyan varsa, o dəqiq “Şakro” deyil.

Nəhayət, “Şakro”nun yaxın tanışı, daha dəqiqi sevgilisi kimi təqdim edilən azərbaycanlı haqda. Məlumdur ki, ötən ilin dekabrındakı hadisə azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə “Elements” restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Fatimə isə öz növbəsində çoxdan tanıdığı “Şakro”ya müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib.

Məlum olur ki, “Şakro” özü əslində həmin gecə Janna Kimin restoranına gedibmiş. Atişma zamanı hətta yüngül yaralanıb da. Amma bu istintaqda gizlədilib. Görünür ki, indi istintaqın əlində daha tutarlı dəlil var. Daha bir maraqlı fakt. Bildirilir ki, iki nəfərin ölümü ilə nəticələnən hadisədən sonra Fatimə öz ölümünü səhnələşdirib. Bu müddət ərzində ölkə xaricində olan dizayner istintaq “Şakro”nu sıxışdırmağa başlayanda “dirilib.” Rusiya mətbuatı yazır ki, onun barəsində də beynəlxalq axtarış veriləcək. Rusiya mənbələrində onun azərbaycanlı olmasını təsdiqləyən əlavə bilgilərə rast gəlmədik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=69806

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930