Hüseynbala Mirələmovun obyektində qalmaqal: “Minbir gecə”nin min bir dərdi…

21.08.2016 - 23:51

rrBakının Səbael rayonundakı Şıx çimərliyində Milli Məclisin YAP-dan olan təmsilçisi Hüseynbala Mirələmovun qohumları ona məxsus “1001 gecə” istirahət mərkəzində növbəti qalmaqal yaradıblar. Bu barədə gununsesi.info-ya məlumat verən Bakı sakini  Vüqar Məmmədov bildirib ki, bir neçə nəfər ailə üzvləri ilə birlikdə çimərliyə gedib.

Çimərliyə giriş zamanı 4 nəfərin hər birindən 3 manat pul tələb olunub: “Mən onlara xatırlatdım ki, çimərliklərə giriş pulsuzdur. Mən 4 nəfərin hər biri üçün 3 manatdan versəm, bu 12 manat edir ki, buna da imkanım çatmır. Ancaq onlar mənə qarşı zorakılıq törətdilər. Çimərlik ərazisinə daxil olsam da avtomobillərini yüksək sürətlə qarşıma çıxardılar və mənə güc tətbiq etdilər. Mən şikayət edəcəyimi desəm də mənə deputat adı çəkdilər. Dedilər ki, bura Hüseynbala Mirələmovundur, get, hara şikayət edirsənsə, et. Özlərini də həmin deputatın qohumları kimi təqdim etdilər. Mən məcbur olub onların qanunsuz tələblərinə əməl etdm. Ancaq bu dəfə mənə hər hansı bir qəbz verməkdən imtina etdilər. Mən zorakılığa məruz qalmağımla polis orqanına şikayət edəcəm. Amma sizing saytınızda xahiş edirəm ki, çimərliyə giriş məsələsi barədə aidiyyatı orqanlardan cavab alasınız. Həmçinin, bu  obyektdə gündəlik 10-15 min manatlıq dövriyyə olur. Amma heç kəsə qəbz verilmir. Açıq şəkildə vergidən yayınırlar. Bu qanunsuzluğu ictimailəşdirməyinizi xahiş edirəm”.

Onu da qeyd edək ki, Vüqar Məmmədov ona qarşı zorakılıq edən şəxslərin avtomobillərinin və özlərinin fotolarını da saytımıza təqdim edib. Fotolardan görünür ki, vətəndaşın qabağını kəsən avtomobildən biri 90 GB 919 dövlət nömrə nişanlı “Mersedes”, digəri isə 90 UV 898 dövlət nömrə nişanlı “Chevrolet”dir.

d2MERS

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti hər yay mövsümündə sərəncam verərək bəyan edir ki, sahilyanı zonalara, çimərliklərə giriş pulsuzdur və buna müvafiq strukturlar tərəfindən nəzarət olunur. Ancaq reallıqlar başqa şey deyir. Görünür, buradakı qanunsuz pul yığımından həmin qurumlara da çatır ki, minlərlə imkansız vətəndaşın cibindən oğurluğa göz yumulur.

Onu da qeyd edək ki, bu fakt  Hüseynbala Mirələmovun yaxınları ilə bağlı ilk fakt deyil. Bir neçə il əvvəl deputatın qardaşı oğlu həmin obyektdə başqa bir vətəndaşı güllələyərək, öldürüb. Düzdür, Hüseynbala Mirələmov qardaşı oğlunu “dəli” adı ilə həbsdən qurtarmağa çalışsa da buna nail ola bilmədi və qatil ömürlük azadlıqdan məhrum edildi.

depd3

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73642

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930