Akif Çovdarov hədələdi: Agentlərin adlarını açıqlayacağam

08.09.2016 - 13:47

rrLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov açıq şantaja keçərək, keçmiş MTN-in agentura şəbəkəsini ifşa etməklə hədələyir. Keçmiş MTN generalının bəyənatı onun vəkili Sadiq Rəsulov tərəfindən yerli mətbuatda yayımlanıb.
“Mən büdcədən ayrılan pulları mənimsəməmişəm, onlar agentura şəbəkəsinə sərf olunan pullardır. Əgər mən bu mövzuya danışmağa başlasam, onda Azərbaycanda biabırçı vəziyyət yaranacaq. Mənə qarşı ittiham aktında göstərilən bütün pullar 2013-2015-ci illərdə agentura şəbəkəsinə xərclənib”, – Akif Çovdarov bəyanatında bildirir.
Akif Çovdarov həmçinin deyib ki, əgər ifadə verməyə başlayacaqsa, onda bununla xüsusi xidmət orqanlarının bütün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ifşa ediləcək. Akif Çovdarov “Bakı Metropoliteni”nin sabiq rəhbəri, Tağı Əhmədovdan hədə-qorxu yolu ilə 3 milyon manat qoparmasına aydınlıq gətirib. O, keçmiş məmurdan ona qarşı istifadə etdiklərini deyib.
“İstintaq dövründə Tağı Əhmədovla üzləşmək istədim. Lakin bizim vəsatətlərimiz təmin edilmədi. Tağı Əhmədovun kiçik oğlu bu yaxınlarda aeroport yolunda dayanacaqda maşını ilə adam vurub. O biri oğlunun da barəsində rayon polis idarələrində cinayət materialları var. Hesab edirəm ki, bunları ört-basdır etmək üçün Tağı Əhmədovdan mənə qarşı istifadə edirlər”, – A.Çovdarov deyib.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75491

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930