Eldar Mahmudovun cəsus xofu: yaxın dostları və qohumları ilə belə görüşməkdən imtina edib
Sabiq MTN şefi Eldar Mahmudovla bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Məlumata görə, “MTN işi” ilə bağlı uzun müddətdir ki, ölkə mediasının diqqətində olan E.Mahmudov özü ilə bağlı informasiya sızıntısının qarşısını maksimum almaq üçün hətta yaxın dostları və qohumları ilə belə görüşməkdən imtina edib.
Çevrəsindəki hər kəsə potensial casus gözü ilə baxan sabiq nazir hesab edir ki, onunla bağlı istər media, istərsə də hakimiyyət daxilindəki müəyyən mənbələrə informasiyalar məhz yaxın ətrafı tərəfindən ötürülə bilər. Odur ki, E.Mahmudov bu kimi görüşlərdən qaçmaqla ətrafını da özü ilə bağlı informasiyadan məhrum etmək istəyir.
Mənbənin sözlərinə görə, artıq bəlli bir müddətdir ki, heç kimlə görüşməyən sabiq nazirin hazırda harda olması yaxın çevrəsi üçün də sirr olaraq qalır.
Short URL: http://www.cumhuriyyet.net/?p=76172