Yəhudilər kütləvi şəkildə İslama gəlir – Gözlənilməz

21.09.2016 - 01:26

Ravvinlər dindaşlarını müsəlmanlıqdan uzaqlaşdırmaq üçün “qaynar xətt” yaratmağa məcbur olublar…

rrFransanın yəhudi liderləri getdikcə daha çox iudeyin müsəlmanlığı qəbul etməsindən şikayət edirlər. Ravvinlər yəhudilərin öz dinlərini tərk etməsindən bərk narahatdır. Özü də bu hal bəzən kütləvi xarakter daşıyır. Moderator.az bu barədə xarici İslam saytlarına istinadla yazır.
Fransanın “antisemitizmə qarşı ayıqlıq milli bürosu”nun rəhbəri Sammi Hozlan İsrailin “Arutz Sheva” nəşrinə verdiyi açıqlamada deyir ki, o, yəhudilərin bütöv ailələrlə İslamı qəbul etməsinin şahidi olub. Əlbəttə, burada Fransanın müsəlman icmasının apardığı mənəvi maarifləndirmə işlərinin də böyük rolu var. İudey ruhaniləri müsəlman imamların yəhudi-sefardlarla asanlıqla ümumi dil tapa bilməsindən və onları tarixə dair söhbətlərlə müsəlmanlığa gəlməyə sövq etmələrindən şikayətlənirlər. Qeyd edək ki, “sefardlar” adlanan etnik qrupa daxil olan yəhudilər Roma imperiyası və Ərəb xilafəti dövründə Pireney yarımadasından qovulmuşlar. Hazırda İsraildə yəhudi-sefardların sayı 725 min nəfərə yaxındır. Xarici ölkələrdən isə sefardlar daha çox məhz Fransada (350 minə yaxın) yaşayırlar. Hətta eks-prezident Nikola Sarkozinin də yəhudi-sefard olduğu bildirilir. “Sefard” müasir ivrit dilində “ispaniyalı” anlamına gəlir.
Hazırda Fransanın iudey icması “İslamdan uzaqlaşdırma” fondu və müsəlmanlığı qəbul etmək istəyən, lakin tərəddüd içində olan yəhudilər üçün “qaynar xətt” rabitəsi təsis etməyə məcbur olublar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76244

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031