Məktəb rəhbərliyindən qəribə tələb – dərsə hər gün konserv bankası gətirin
Amerikanın Alabama ştatındakı Valley şəhərindəki məktəbin rəhbərliyi uşaqlardan konserv bankası gətirməyi xahiş edib. Onun bildirdiyinə görə, bu, hücumçulardan qorunmaq üçün lazımdır. Konserv qutusunun çəkisi təxminən 200 qram olmalıdır. Təxmin edilir ki, bu qutular sinif otağında saxlanılacaq və məktəbə hücum olarsa, bundan silah kimi istifadə ediləcək. Məktəbin direktoru Priscilla Holli hesab edir ki, bu cür silah məktəblilərə özünümüdafiə hissi aşılayacaq. Bundan başqa, mümkün olan hücuma qarşı müəllimlər şagirdlərə barrikada qurmağı da öyrədəcək. Bu zaman onlar sinfə cinayətkar daxil olarsa, özlərini qoruya biləcəklər.
Yox, əgər cinayətkar bütün hallarda məktəbə daxil olubsa və rəhbərlik məktəbliləri evakuasiya etməyi çatdırmayıbsa, bu halda onlar hücumçulara dərsliklər vasitəsilə hücum edə bilərlər. Holli bildirib ki, konserv qutuları lazım gəlməsə, ilin sonunda onları məktəbin yeməkxanasına təhvil verəcəklər. Məlumatda qeyd edilir ki, valideynlərin böyük qismi məktəb rəhbərliyinin bu addımını dəstəkləyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=80249