Dünyanın ən gözəl birinci xanımları – TOP 10, FOTOLAR
Birinci xanımlar sadəcə öz ölkələrində deyil, eləcə də beynəlxalq arenada, ictimai həyatda gördükləri işlərlə, xeyriyyə aksiyaları ilə yadda qalır. A24.az dünyanın ən gözəl birinci xanımlarını təqdim edir:
10. Dominique Folloroux- Ouattara (Fil Dişi sahilləri)
Dominique Fil dişi sahillərinin hal-hazırki birinci xanımıdır. O, prezident Alassane Ouattara ilə 1991-ci ildə ailə qurub. O 1955-ci il dekabrın 16-da Fransada doğulub. Dominiquenin ilk əri və 2 uşağının atası professor olub və 1983-cü ildə dünyasını dəyişib. O növbəti ildə Alassane Ouattara ilə tanış olub və onlar 1991-ci ildə evlənib. Birinci əri katolik xristian olan Dominique hal-hazırki prezident ilə daxil olduğu ikinci nigahından sonra müsəlmanlığı qəbul edib. Onun böyük sərvəti var və uğurlu karyera sahibidir. O 1993-cü ilə kimi özünün qurduğu menecerlik kompaniyasında çalışıb. 2010-cu ildə həyat yoldaşının hakimiyyətə gəlməsi ilə ölkədə birinci xanım olub və bundan sonra xeyriyyə işləri ilə daha çox məşğul olmağa başlayıb. Afrika Uşaqları üçün fond yaradıb. Həmçinin Uşaq İstismarına qarşı təşkilatın da sədridir.
9. Kraliça Jetsun Pema (Butan)
Siyahının ən gənc xanımı Jetsun Pemadır. O, 1990-cı il iyunun 4-də anadan olub. Kraliça Jetsun Butan kralı Jigme Khesar Namgyel Vangchuck ilə 2011-ci ildə, yenicə 21-yaşına qədəm qoyanda ailə qurub. Rəsmi olaraq o, “əjdaha kraliça” olaraq tanınır. O, 2008-ci ildə oxuduğu, Londonda yerləşən “Regent’s college”də beynəlxalq münasibətlər və siyasət sahəsində təhsil almamışdan öncə, Hindistanda “Lawrence school”-da ingilis dili, iqtisadiyyat və tarix sahəsində təhsil alıb. Butan kralı rəsmən evləndiyini elan etdikdən sonra xanımını belə təsvir edib: “Bənzərsiz gözəl, zərif və ağıllı, həmçinin istiqanlı və məlahətli ürəyə, xaraketrə malik biridir” deyib. Kraliça ilk dəfə 2016-cı il fevralın 5-də Jigme Namgyel Vangchuck adlı, “əjdaha şahzadə” olaraq tanınan oğul övladını dünyaya gətirib. Məktəb vaxtı kraliça orta məktəbdə basketbol komandasının kapitanı olub. Elə indi də idmana böyük həvəsi var. Ancaq o həmçinin ətraf mühitin mühafizəsi, böhranın aradan qaldırılma məsələlərinə də vaxt ayırır. Jetsun həmçinin Uşaq İstismarına qarşı olaraq yaradılan komitənin də başçısıdır.
8. Şahzadə Lalla Salma (Mərakeş)
Şahzadə Lalla Salma Mərakeşin kralı IV kral Məhəmmədin ən yaxın köməkçisi olaraq tanınır. Şahzadə 1978-ci ildə Mərakeşin ikinci şəhəri Fezdə doğulub. Orta təhsilini başa vurduqdan onra o gələcək əri ilə 1999-cu ildə tanış olub. Kralla evlənənə kimi o, informasiya sahəsində mühəndis olaraq işləyib. Cütlük 2001-ci ildə ailə qurub. İki uşaq anasıdır, ilk oğlan övladı 2003-cü ildə, qız övladı isə 2007-ci ildə dünyaya gəlib. Öz adət və ənənələrinə sadiq olan şahzadə həmçinin müasir yaşam tərzi ilə seçilir. Tez-tez beynəlxalq görüşlərdə, Yaponiyada, Tailandda, Fransada təşkil edilən konfranslarda iştirak edir. O həmçinin 2011–ci ildə İngiltərə kralı Şahzadə Villiamsın toy mərasiminə də qatılıb.
7. Sylvia Bongo Ondimba (Qabon)
Qabonun birinci xanımı Sylvia Bongo Ondimba 1965-ci il martın 11-də anadan olub. 51 yaşlı birinci xanıma yaşını vermək qəti mümkün deyil. Sylvia Parisdə anadan olub. 2 aylıq olanda ailəsi ilə birlikdə Kameruna köçüb. Onun atası fransalı biznesmen Edouard Valentin öz kompaniyasını Qabona köçürdüb. Sylvia həmin vaxtlarda Fransada öz təhsilini tamamlayıb və kompaniyanın başına keçib. Qabona dönən Sylvia 1989-cu ildə Ali Bongo Ondimba ilə tanış olub. Omar Bongonun atası 1967-ci ildən 2009-cu ilə kimi hakimiyyətdə olub. Ölümündən sonra isə dövlətin başına Omar keçib. Seçkilərdə ərinin uğur qazanmasından sonra Sylvia Bongo Ondimba ölkənin birinci xanımı olub.
6. Kraliça Letizia ( İspaniya )
Tam adı ilə Letizia Ortiz Rocasolano, İspaniaya kral VI Filipin qadını dünyanın ən gözəl brinci xanımları arasındadır. Cütlük 2004-cu ildə nigaha daxil olub. O, 2014-cu ildən ölkənin birinci xanımıdır. Letizia evlənməmişdən öncə kral ailəsində uğurla karyerasını davam etdirib. O Madrid Universitetinin jurnalistika ixtisasında bakalavr dərəcəsində təhsil alıb və İspaniyadakı bir neçə gündəlik qəzetlərdə çalışıb. Bundan başqa “CNN+” kanalında xəbər spikeri, “TVE” kanalında isə 2000-ci ildə xəbər şəbəkəsində çalışıb. Letizia evlənənə kimi bir çox ölkələrdə jurnalistika ixtisası üzrə çalışıb. Birinci xanım 2015-ci ildə “Birləşmiş millətlər”in xüsusi səfiri təyin olunub.
5. Mişel Obama (Amerika Birləşmiş Ştatları)
Bəzi insanlara siyahıdakı digər adlar nə qədər yaddırsa, bu dəfəki birinci xanım bir o qədər tanışdır. Xanım Obama 1964-cu il yanvarın 17-də Çikaqoda anadan olub. Əri Barak Obama ilə 1992-ci ildə ailə qurub. Mişel Obama 2009-cu ildən hakimiyyətdə olan Afrika əsilli Amerika prezidenti Barak Obamanın arxasında duran güclü qadın modelidir. O, dəbli geyimi, xeyriyyə işləri, sadəliyi, sağlam həyat tərzi, bütün dünyaya nümayiş etdirdiyi müasir qadın modeli ilə dünyanın ən çox müzakirə olunan qadınlarındandır. Birinci xanım sorğularda dünya üzrə “Ən yaxşı geyinən 10 qadın”dan biri olaraq da seçilib. 52 yaşına və 2 qız övladı anası olmasına baxmayaraq, Mişel Obama özünün humanizmi ilə hər kəsin qəlbini fəth etməyi bacarıb.
4. Anjelika Rivera (Meksika)
Meksikanın birinci xanımı, əsrarəngiz gözəlliyə malik Anjelika gənc yaşlarında aktrisa kimi tanınıb. O, 1969-cu il avqustun 2-də Meksikada kasıb ailədə anadan olub. O, Meksikanın ən məşhur opera uduzu olduqdan sonra varlanmağa başlayıb. Anjelika produsseri ilə ailə qurub və keçmiş ərindən 3 övladı var. Lakin qurulan nigah 2005-ci ildə pozulub. Bir il sonra Anjelika, Enrique Pena Nieto ilə tanış olub və onlar 2010-cu ildə ailə qurub. Keçmiş aktrisa 2012-ci ildə həyat yoldaşı prezident seçildikdən sonra ölkənin birinci xanımı olub.
3. Əsma Əl-Əsəd (Suriya)
Bəşər Əsədin xanımı Əsma Əsəd 1975-ci ildə Londonda anadan olub. O, “King’s college” 1996-cı ildən bakalavr dərəcəsi üzrə məzun olub. Əsma 5 dildə səlist danışa bilir və Alman bankında iqtisadçı olaraq çalışıb. 1998-ci ildə Bəşər Əsədlə ailə qurub. Bəşər Əsəd 2000-ci ildə prezident seçilib. 3 uşaq anası Əsma Əsəd hökümətlə xalq arasında güclü bağlar yaradıb. Qadın haqları və təhsil sahəsində önəmli layihələr həyata keçirir. 23 mart 2012-ci ildə Avropa Birliyi Suriyadakı daxili müharibə səbəbi ilə Əsma Əsədin Avropa Biliyinə daxil olan ölkələrə giriş qadağası qoyulub və onun və ailəsinin bütün bank hesabları bu ölkələrdə dondurulub.
2. Kraliça Rania (İordaniya)
Kral II Abdullahın həyat yoldaşı kraliça Rania dünyanın ən çox iş görən 100 insandan biri seçilib. O, öz gözəlliyi, zərifliyi və bacarığı ilə daim göz oxşayır. Kraliçanın geyimi də müasir üslubdadır. Ölkədə təhsil sahəsində bir çox insanlara himayədarlıq edir. O həmçinin regionda qadın hüquqlarının qorunmasında da vacib işlərə imza atır. Kraliça olmamışdan öncə o, texnologiya sahəsində mütəxəsis kimi çalışıb.
1.Mehriban Əliyeva (Azərbaycan)
Azərbaycan 1991-ci ildə Sover Sosialist Respublikasının tərkibindən çıxıb müstəqil olduqdan sonra uğurlu inkişaf yolu keçib. Həmçinin qərb dünyasında insan hüquqlarının qorunması sferasında önəmli işlər görülür. Ölkənin birinci xanımı Mehriban Əliyeva öz gözəlliyi, peşəkarlığı və çalışqanlığı ilə dünyanın ən populyar birinci xanımları arasında liderdir. Mehriban Əliyeva 1964-cü ildə ölkənin ən tanınmış ailələrindən birində dünyaya gəlib. O, hal hazırda Azərbaycan Milli Məclisinin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Ölkə prezidenti İlham Əliyevlə 1983-cü ildə ailə qurub. 2003-cü ildən ölkənin birini xanımıdır.
Hazırladı: İlhamə BƏHMƏNOVA
Short URL: http://www.cumhuriyyet.net/?p=80413