Mədət Quliyevin gənclik şəkilləri paylaşıldı – FOTOLAR

31.10.2016 - 17:39

m%c9%99d%c9%99t-quliyevI Qarabağ müharibəsinin iştirakçısı, karate ustası Süleyman İsmayılov İnstagram səhifəsində döyüş yoluna, idman həyatında dair bir sıra fotoşəkillər yerləşdirib. 

Fotoşəkillərdə Süleyman İsmayılovun müxtəlif vaxtlarda çəkilmiş, ölkəmizin idman ictimaiyyətinə aid tanınmış şəxslərlə çəkdirdiyi fotoşəkillər də yer alıb.

Turkustan.info bildirir ki, belə fotoşəkillərdən hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini daşıyan Mədət Quliyevdə var.

Qeyd edək ki, Mədət Quliyev gənc yaşlarından idmanla məşğul olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

1976-1980-ci illərdə Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRi yarışlarında çempion olub, dəfələrlə respublika çempionu olmaqla yanaşı, hətta Azərbaycanın bayrağını xarici ölkələrdə də ucaltmağa nail olub. 1979-cu ildə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə üçüncü dan qara kəmər alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=80677

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728