Neft Emalı zavodunun modernləşməsi bahalaşır…

04.11.2016 - 17:15

e2c32211-4341-4c22-a9bf-cfbdb541254d_cx0_cy3_cw0_w987_r1_s_r1“Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun (NEZ) yenidən qurulması və modernləşməsinə 1,5-1,7 milyard dollar xərclənəcək”.

SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov belə deyib.

Tofiq Qəhrəmanov qeyd edib ki, zavoda sərmayə qoyulması vacibdir.

“Avqust ayında zavodda təmir işləri ilə əlaqədar istehsal dayananda xarici şirkətlər dəvətimizlə tədqiqat apardı və avadanlıqları yoxladı. Bu qurğular on illərlə fəaliyyət göstərib və daha çox sərmayə qoymaq lazımdır. Dəqiq rəqəmi, hələlik, demək çətindir. Bir neçə aydan sonra dəqiq rəqəm ortaya çıxacaq”, – deyə vitse-prezident bildirib.

T.Qəhrəmanov deyib ki, indiyədək Bakı Neft Emalı Zavodunun yenidənqurma və modernizasiya layihəsinin icrasına 80 milyon manat həcmində vəsait xərclənib.

“NEZ-də 4 qurğu yenidən qurulacaq, 12 yeni qurğu tikiləcək. Bu işlərin görülməsində əsas məqsəd zavodda istehsal olunan neft məhsullarının həm keyfiyyətini artıraraq “Euro-5” standartına çatdırmaq, həm də kəmiyyəti yüksəltməkdir”, – deyə o qeyd edib.

Vitse-prezidentin bildirməsinə görə, iki tender keçiriləcək. O, ilk tenderin yanvar ayından, digərinin isə aprel ayından başlayacağını qeyd edib.

T.Qəhrəmanov bildirib ki, birinci tender əsasında yeni qurğuları tikəcək şirkət, ikinci tenderdə yenidənqurma işlərini aparacaq podratçı seçiləcək.

“Hazırda təqribən 1,3 milyon ton benzin istehsal olunursa, yenidənqurma işlərindən sonra bu rəqəm 2,2-2,3 milyon tona çatacaq. Dizel yanacağı 2,3 milyon tondan 2,9 milyon tona, aviayanacaq 700 min tondan 1 milyon tona çatdırılacaq”, – deyə o əlavə edib.

NEZ-də istehsal edilən neft məhsullarının 37 faizi dizel yanacağı, 25 faizi avtobenzin, 13 faizi kerosin, 25 faizi başqa məhsullar olacaq.

SOCAR apreldə Britaniyada yerləşən “Amec Foster Wheeler” şirkəti ilə H.Əliyev adına Neft Emalı Zavodunun mühəndis layihələndirilməsi (FEED) sazişi bağlayıb. Saziş zavodun gücünün və yanacağın keyfiyyətinin artırılmasını nəzərdə tuturdu. Həmin vaxt təmir işlərinin 2020-ci ilədək başa çatdırılacağı açıqlanmışdı.

Ondan bir qədər əvvəl isə SOCAR prezidenti Rövnəq Abdullayev demişdi ki, layihənin qiyməti 1.3 milyard dollara yaxın olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=81131

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728