Azərbaycanlı kikboksinqçi ermənini nakauta saldı – Video

06.11.2016 - 14:10

rrAzərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1VCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb. Missiya.az xəbər verir ki, bu gün Almaniyanın Vuppertal şəhərində A1VCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçirilib.
Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni döyüşçü Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov qarşılaşmanın ilk dəqiqələrindən ermənidən güclü oduğunu nümayiş etdirib və elə 1-ci raundda onu nakauta salaraq qələbə qazanıb. Qeyd edək ki, “A1 Vorld Kombat Kap”un təşkilatıçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.
X.Əhmədovun erməni döyüşçü üzərində qələbə qazanması ilk deyil. O, ötən il Tiflisdə keçirilən Dünya Kuboku turnirində də erməni döyüşçü Q.Koçaryanı nakautla məglubiyyətə uğratmşdı. X.Əhmədov bundan əvvəl bu il mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilmiş “K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polyak idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=81230

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728