“Azəravtoyol”dan Abid Şərifova – Cavab

07.11.2016 - 12:00

abid-s%c9%99rifov-%c9%99sasAzərbaycanın Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Abid Şərifov son aylar yağan yağışlar nəticəsində Bakının Binəqədi rayonu və digər ərazilərində yaranan problemlərlə bağlı məsələyə münasibət bildirərkən deyib ki, bunun səbəbi paytaxtda yağış kollektorlarının olmamasıdır. O, ölkə.az-a açıqlamasında Bakı şəhərinin kanalizasiyasının 50-60 il əvvəl salındığını xatırladıb.   

“Həmin vaxt şəhərdə cəmi 1 milyona yaxın əhali yaşayırdı. Ona görə də 50-60 il öncə salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb.  Sistemi qurmaq üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan”.

Hazırda şəhərdə yeni yolların salındığını, əksəriyyətində təmir-bərpa işlərinin aparılması baxımından bu mümkün ola bilərmi?

Modern.az-ın sualını “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli cavablandırıb.

O deyib ki, bu işlər Nazirlər Kabinetinin qərarı əsasında reallaşa bilər:

“Kommunikasiya xətləri adətən yol yatağı ilə, asfaltın altı ilə çəkilir. Əgər kanalizasiya kollektorların yenilənməsi zərurəti yaranarsa bu reallaşa bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=81280

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728