“Baku Business Factory”də Almaniya səfirliyinin nümayəndəsi ilə görüş keçirildi – Foto

10.11.2016 - 17:41

64f21f46-a210-4b4e-b2bb-bdc8005f7094Bu gün “Baku Business Factory”nin (BBF) ofisində Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi ilə görüş keçirilib.

Almaniyanın Azərbaycandakı səfirliyinin İqtisadiyyat və Mədəniyyət Məsələləri üzrə attaşesi Hayke Mökel ilə görüşdə “Baku Business Factory”nin idarə heyətinin üzvü Anar Əskərov və şirkətin layihələr üzrə meneceri Rəşad Məmmədov iştirak ediblər.

Görüş zamanı diplomatik nümayəndəliyin üzvünə gənc iş adamı Anar Əlizadənin təsis etdiyi BBF şirkəti, onun məqsəd və gələcək planları barədə məlumat verilib.

Almaniya şirkətləri ilə BBF-də olan və müraciət edən “start up”larla əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub. Görüşdə gənclərin “start up” layihələrinin beynəlxalq əlaqələrinin inkişafına dəstəyin vacibliyi vurğulanıb. Bu istiqamətdə Almaniya şirkətləri ilə Azərbaycanda əsası qoyulan “start up” layihələrin əlaqələndirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanda BBF-in tərkibində olan “start up”ların fəaliyyət istiqamətləri və perspektivləri müzakirə olunub.

BBF-in dəstək göstərdiyi xalis bal satışı ilə məşğul olan “MR BEE” brendinin rəhbəri Cavid Kərimov şirkətin gələcək planları haqqında məlumat verdi və məhsullarının satışını yerli bazarda möhkəmləndirməklə yanaşı xarici bazarlara ixrac istiqamətində də işlər gördüklərini qeyd etdi.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81595

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728