Yadplanetlilərlə birlikdə zaman səyahətinə çıxan türkdən ŞOK SÖZLƏR

22.11.2016 - 00:58

rrTürkiyəli gənc Kuzey Atacan UFO-larla bağlı apardığı araşdırma və çəkdiyi qeyri-adi fotolarla dünyanın bir çox yerlərində məşhurlaşıb. O hazırda Dünyadan kənar varlıqlar- UFO-larla bağlı araşdırma mərkəzinin rəhbəridir. Özünün təsis etdiyi mərkəzdə yadplanetlilərin sirlərini öyrənməyi qarşısına məqsəd qoyub. Kuzey insanların bu mövzuya rişxəndlə yanaşmalarından ciddi almamalarından çox narahatdır. O, bütün gücü ilə dünyadan kənar varlıqların mümkünlüyünə inanır və bu istiqamətdə xeyli tədqiqat işləri aparıb.
Həyatında baş verən qəribə bir olay türk gəncini bu işə sövq edib. Belə ki, o günlərin birində çarpayısında yatdığı zaman bir neçə qəribə varlığın başının üstündə durduğunu hiss edir. Gözlərini açandan sonra onların nə olduğunu aydınlaşdıra bilməyib.
2001-ci ildə gecə saat 3-də – yatdığım vaxt çarpayımın baş tərəfində bir neçə qəribə varlığın olduğunu hiss etdim. Qəribə varlıqlara daha yaxından baxmaq üçün yatağımdan qalxanda onların iki insanabənzər varlıq olduğunu gördüm. Heç bir reaksiya vermədən mənə baxırdılar. O an necə oldu, nələr baş verdi-tam anlamadım. Anlamadığım bir bağla onlarla telepatik əlaqə qurdum və aramızda bir neçə dəqiqəlik sual-cavab yaşandı. Varlıqlara “siz kimsiniz” deyə soruşanda, “qorxma sənə zərər verməyəcəyik. Uzun zamandır səni izləyirik. İndi səninlə kiçik qısa müddətli bir səyahətə çıxacağıq”, cavabını verdilər. Sakit tövrlə onları izlədim. Az sonra yanımda üçüncü varlığın olduğunu hiss etdim.
Bu varlığın o birilərinin əksinə olaraq insanabənzər görünüşü vardı. Nə tamamilə onlardan idi, nə də tamamilə insan. Həmin dəqiqələrdə qorxu-filan hiss etmirdim. Telepatik bir səs mənə, “mən gəminin kapitanıyam rahat ol və sənə toxunmama icazə ver”, – dedi. Mən də çox sakit davrandım və nə olacağını gözlədim. Dörd barmaqlı insanabənzər sol əlində prizma formalı yaşıl işıq saçan aləti tutaraq, onu iki uzun barmağı ilə alınma toxunurdu. O an huşunu itirdim və ya özümü narkoz qəbul etmiş kimi hiss etdim.
Qısa müddətdən sonra ayıldım və özümü kosmik maşının içində gördüm. Bayaqkı iki varlıq məni müşayiət edərdi. Mənsə, pəncərəyə bənzər bir yerdən aşağı baxmağa çalışırdım. Həmin vaxt onlarla nələr yaşadım, nələr danışdıq- bunu o qədər də xatırlamıram. Onları ən çox heyrətləndirən məsələ mənim onları tanımaq fikrim və qətiyyən qorxmamağım idi. Səhərə yaxın gördüklərim isə məni çox heyrətləndirdi: Kadıköyün bütün hündür binalarını, antenlərini yuxarıdan görürdüm”.(moderator.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82565

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31