Süni yumurtanı bu yolla tanıyın- VİDEO

24.11.2016 - 10:25

1479964532_fmcgu8cmz2kvf7sfacxkjizth8ib46fghgSon günlər Azərbaycanda saxta Çin yumurtalarının peyda olması bu mövzunu yenidən gündəmə gətirib.

Saxta yumurtaların istehsalına Çində hələ 3 il əvvəl başlanılıb. Saxta yumurtalar o qədər məharətlə hazırlanır ki, onlara heç nəyi irad tuta bilməzsiniz. Hətta qabığın aşağı hissəsindəki hava membranı belə yaradılır.

Əvvəlcə yumurtanın sarısı hazırlanır. Kimyəvi qarışıq piqmentlərlə sarı rəngə boyanır, xüsusi forma verilir.

Sonra bu qarışıq kaliuma salınır və onun ətrafında nazik qoruyucu təbəqə formalaşdırılır. Bununla da yumurta sarısının axmasının qarşısı alınır. Bu formada yumurta sarısı zülalla böyüyür. Hazırlanmış məhlul süni qabıqla örtülür bir neçə dəfə parafin, gips və kalium tozundan hazırlanmış məhlula (qabığa) salınır. Qurudulur və beləliklər süni yumurta hazır olur.

Mahir işçilər tərəfindən istehsal edilən yumurta görünüş baxımdan toyuq yumurtasında fərqlənmir. Üstəlik, saxta yumurtanın hazırlanmasının maya dəyəri toyuq yumurtasından çox ucuz başa gəlir. İnsanları da ən çox cəlb edən məhz daha az xərclə daha çox gəlir götürmə məsələsidir. Çünki az xərclə başa gələn məhsulu bazarda orijinal məhsullarla müqayisədə ucuz satmaq və əla qazanmaq olar. Onsuz da ilk baxışda alıcı fərqi hiss etmir.

Bu yumurtalar əsasən Pekin, Şanxay kimi Çinin bir çox böyük şəhərlərində satırlar. Amma artıq Bakıda da peyda olub.

Bakının Sabunçu rayonu ərazisindəki marketlərdən birindən alınan bu yumurtanın süni olmasını Bakı Şəhər Baytarlıq İdarəsinin nümayəndəsi “XəzərXəbər”ə müsahəbsində təsdiq edib. Mütəxəssisin sözlərinə görə, belə yumurtadan istifadə etmək insanların sağlamlığına zərər vurur.

Məsələ ilə bağlı rəsmi açıqlama verən Dövlət Gömrük Komitəsindən bildirirlər ki, Çindən Azərbaycana yumurta gətirilmir. Bakı Şəhər Baytarlıq İdarəsi və Quşçular Cəmiyyətindən isə bildiriblər ki, Azərbaycanda süni yumurta istehsalı yoxdur. Görüntülərdəki süni yumurta Azərbaycana xaricdən gətirilib. Bəs maraqlıdır, görəsən onda bu süni yumurtalar Azərbaycan bazarına necə yol tapıb?

Süni yumurtanı necə fərqləndirməli!

Birinci fərq: süni yumurtanın qapığı daha parlaq olur. Amma bu məsələ mübahisə predmeti ola bilər.

İkinci məqam yumurtanı sındıranda ortaya çıxır. Bunun üçün yumurtanı sındırıb bir müddət qabda saxlayın. Tədricən yumurtanın ağı ilə sarısının bir-birinə qarışdığını və ağı ilə sarısının rənginin itdiyini, rəngin açıldığını (çox cüzi rəng sezilə bilər) müşahidə edəcəksiniz. Çünki süni yumurtanın ağı və sarısı oxşar tərkibli maddələrdən əldə edilib. Təbii yumurtada isə sarı rəng qarışarkən ağı üstələyir.

Növbəti fərqi isə bişirəndən sonra aşkar edə bilərsiniz. Yumurtanı qaynadıb sarısını 6 saat soyuducuda saxlayın. Əgər təbiidirsə, o bir az göyərəcək. Saxta yumurtanın sarısı isə ovulmayacaq və əksinə, jelatinə bənzər forma alacaq.

Ancaq süni yumurtanı hansısa yeməyin tərkibində yesəniz, fərqi heç vaxt hiss edə bilməzsiniz.

Short URL: http://www.cumhuriyyet.net/?p=82859

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31