Azərbaycanlı iş adamı ilə övladları təhlükədə

06.01.2017 - 02:20

Ukraynanın Krasnıy Luç şəhərində Azərbaycan vətəndaşları olan iş adamı və övladları şəhərdən buraxılmırlar.Yevlax rayonundan olan, 1970-ci il təvəllüdlü Knyaz Məmmədov bildirib ki, yerli hərbçilər ailə üzvlərinə yaşadıqları şəhərdən çıxmağa icazə vermirlər.

Luqansk vilayətində uzun müddət geniş biznes fəaliyyəti ilə məşğul olan K. Məmmədov bildirib ki, o, övladları ilə mühasirə şəraitində yaşayır: “İki qızımı və oğlumu uzun zamandır anasız özüm saxlayıram. Hamımız Azərbaycan vətəndaşıyıq. Bir ildir ki, oğlumun Azərbaycanda hərbi xidmətə çağırış yaşı çatıb. O vətənə hərbi xidmətə yollanmaq istəsə də, bizi buradan buraxmırlar. Səbəb kimi göstərirlər ki, yerli hökumətin verdiyi pasportlarımız yoxdur. Mən artıq bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etmişəm. Mənə bildiriblər ki, səfirliyə yaxınlaşmalısınız. Şəhərdə blokadadan çıxa bilmirəmsə, necə səfirliyə yaxınlaşmaq üçün Kiyevə gedə bilərəm? Artıq bizi yaşadığımız yerdən bir addım belə kənara çıxmağa qoymurlar”.İş adamı artıq övladları ilə birgə özünü təhlükədə hiss etdiklərini və aidiyyəti qurumlardan kömək istədiyini bildirib.

Qeyd edək ki, Krasnıy Luç şəhəri tanınmayan “Luqansk Xalq Respublikasının” nəzarətindədir.(apa)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85321

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2017
BE ÇA Ç CA C Ş B
« Dek    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031